Əsas Səhifə Başliqlar Bakının Ankaraya mühüm dəstəyi

Bakının Ankaraya mühüm dəstəyi

4 dəqiqə oxundu
0
0
223

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan dövlətlər Türkiyəyə dəstək nümayiş etdirməlidirlər.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Şərqi Aralıqda yaşanan gərginliyi şərh edərkən deyib.

O qeyd edib ki, Türkiyənin bu təşkilata ümidi böyükdür:

“Bu gün müxtəlif dövlətlərin təşkilatlar vasitəsilə daha fəal siyasət apardığını görürük. Bu mənada türk ölkələrinin də vahid bir təşkilata uzun müddətdir ehtiyacı vardı. Türkiyə və Azərbaycanın aktivliyi nəticəsində TDƏŞ dünyanın nüfuzlu təşkilatlarından birinə çevrilməkdədir. Təşkilat əgər daha da güclü olmaq istəyirsə, gərək geopolitik proseslərə öz rəsmi mövqeyini bildirsin”.

Politoloq qeyd edib ki, Türkiyənin Şərqi Aralıqdakı qanuni haqlarına qarşı çıxan çoxsaylı güclər var:

“Bu istiqamətdə rəsmi Afinaya Fransa, Cənubi Kipr, Misir, İsrail, BƏƏ kimi ölkələr dəstək verir. Ona görə də TDƏŞ bu məsələdə öz sözünü deməlidir”.

Q.Hüseynlinin sözlərinə görə, digər türk ölkələrindən fərqli olaraq, Azərbaycan artıq bu məsələdə rəsmi mövqeyini elan edib:

“Bu haqda həm Xarici İşlər nazirimiz Ceyhun Bayramov, həm də Prezidentin köməkçisi Hikmət Hacıyev açıqlama veriblər. Təəssüf ki, bəzi subyektiv səbəblər türk ölkələrinin Türkiyəyə tam dəstək verməsinə mane olur. Türk ölkələrinin bir çoxu fərqli təşkilatlara üzvdür, o təşkilatlar daxilində öhdəlikləri var.

Lakin düşünürəm ki, rəsmi Bakının bu mövqeyi xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycan hazırda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edir. Hesab edirəm ki, Bakı bu məsələni TDƏŞ-in gündəminə də çıxara bilər”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Başliqlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

QHT məhkumlar arasında koronavirusla bağlı maarifləndirmə işləri aparır

“Sağlamlığa Xidmət” İctimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri…