Əsas Səhifə Başliqlar Bakının layihəsi önə keçir?

Bakının layihəsi önə keçir?

5 dəqiqə oxundu
0
0
115

Azərbaycanın öz imkanları ilə ərsəyə gətirdiyi Cənub Qaz Dəhlizi gələcəkdə Rusiyanın “Türk axını”na alternativ ola bilər. Düzdür, mövcud şərtlərdə bu, mümkün olmasa da, yaxın gələcəkdə Cənub Qaz Dəhlizi kifayət qədər önəmə sahib olacaq.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a iqtisadçı alim, deputat Vüqar Bayramov “Türk axını” kəmərinin fəaliyyətini iki həftəlik dayandırması haqda danışarkən deyib. O bildirib ki, “Türk axını” Türkiyə üçün çox böyük önəm daşıyır:

“Türk axını” Rusiya qazının Türkiyəyə nəql olunması üçün ərsəyə gətirilən layihədir. “Türk axını” boru xəttinin ümumi daşıma tutumu 31.5 milyard kubmetrdir. Türkiyə bu layihədən ildə 15.75 milyard kubmetr təbii qaz almaq niyyətindədir. Türkiyənin burada əsas məqsədi həm özünün təbii qaz ehtiyacını ödəmək, həm də ərazisi vasitəsilə Avropaya qaz nəql etməkdir”.

V.Bayramov deyib ki, “Türk axını” kəmərinin fəaliyyətini iki həftəlik dayandırması haqda bir sıra versiyalar səsləndirilir:

“Türk axını”nın son iki ayda ikinci dəfədir fəaliyyətinin dayandırılması bunun heç də təmir üçün olmadığı fonunda ehtimalları artırır. Hətta “Finanz.ru” saytı boru kəmərinin fəaliyyətinin dayandırılmasının Türkiyənin rus qazının alış həcmini azaltması ilə əlaqədar olduğunu yazıb. Lakin düşünürəm, bu iddialar əsassızdır. Çünki Türkiyə uzun illərdir Rusiyadan təbii qaz alır. İki ölkə arasında bu sahədə qarşılıqlı müqavilələr, razılaşmalar var”.

Ekspertin sözlərinə görə, hazırkı şərtlərdə Azərbaycanın Cənub Qaz Dəhlizi “Türk axını” ilə rəqabət potensialına sahib deyil:

“Birincisi, “Türk axını” və Cənub Qaz Dəhlizi fərqli bazarlara çıxış imkanına sahibdir. İkincisi, Türkiyənin hazırda təbii yanacağa olan tələbatı çox yüksəkdir. Statistik və parametr olaraq rəqabət imkanımız hazırda aşağıdır. Lakin bir daha deyim ki, yaxın gələcəkdə Mərkəzi Asiyanın təbii yanacağını da öz daxili imkanlarımız və layihələrimizlə Avropa bazarına çıxara bilərik”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Başliqlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…