Əsas Səhifə Cəmiyyət Bakının yeni turizm adası: Bulvar və çimərlik birləşir

Bakının yeni turizm adası: Bulvar və çimərlik birləşir

3 dəqiqə oxundu
0
0
553

Böyük turizm potensialına malik olan Pirallahı rayonunda salınan yeni yaşayış, istirahət və turizm kompleksi “Nərəkənd”ə xarici investorların cəlb olunmasına başlanılıb.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Pirallahı rayon İcra Hakimiyyətindən deyiblər.

Qeyd olunub ki, onlar Rusiya və Türkiyədən olan sərmayədarlardır. “Nərəkənd” yaşayış və turizm mərkəzində artıq bir sıra işlər tamamlanıb və plana uyğun olaraq digərlərinin görülməsinə start verilib:

“Kompleksin ümumi ərazisi 50 ha-dan ibarətdir, tikinti aparılan ərazi isə 23 ha-dır. Artıq çimərlik sahəsində bir çox işlər görülüb, perimetr boyu 4 min metr uzunluğunda, 1-2.5 metr yündürlüyündə sahilbərkitmə işləri görülüb. Ərazidə olan bataqlıqlar qurudulub, dənizin ekvatoriyası yad cismlərdən, tullantılardan və dəmir konstruksiyalardan təmizlənib və dərinləşdirilib. Mərkəzi və daxili yolların torpaq yatağının tikintisi və bərkidilməsi işləri yekunlaşıb, ərazi düzləşdirilib”.

İH-dən əlavə olunub ki, hazırda geoloji və topoqrafik işlər görülür. Növbədə əraziyə qaz, işıq, su, kanalizasiya və rabitə xətlərinin çəkilməsi planlaşdırılır:

“Bu işlərin yekununda “Nərəkənd”də 1-3 mərtəbəli kotec tipli villar, 3-4 mərtəbəli qalereya tipli yaşayış binalarının tikintisi başlanılacaq. Ərazidə uşaq əyləncə mərkəzləri, kafe-restoranlar, açıq və qapalı su hovuzları, idman meydançaları və yaşıl zolaqlar salınacaq”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni xalqı sülh şəraitində yaşamaq istəyirsə

Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb ets…