Əsas Səhifə Dünya “Barış pınarı” hərbi əməliyyatı davam etdirilir

“Barış pınarı” hərbi əməliyyatı davam etdirilir

3 dəqiqə oxundu
0
0
3

Türkiyə hərbi qüvvələrinin Suriya ilə sərhəd ərazilərdə başladığı “Barış pınarı” hərbi əməliyyatı davam etdirilir.

Sosialxəbər.az xəbər verir ki, əməliyyatlar eyni anda havadan və qurudan aparılır.

Türkiyə Müdafiə nazirliyinin yaydığı məlumata görə, F-16 hərbi təyyarələri əməliyyatlar çərçivəsində PKK terror qruplaşmasına məxsus 181 hədəfi məhv edib. Hərbi təyyarələr Suriya ilə sərhəd rayonlarından olan Şanlıurfanın Akçakale, Kamışlı, Derik və digər kəndlərində əməliyyatları davam etdirir.

PKK üzvləri Türkiyəyə məxsus təyyarələrin görüntü məsafəsinə maneə yaratmaq üçün yanğınlar törədib.

Türkiyə Müdafiə nazirliyindən bildirilib ki, “Barış pınarı” əməliyyatı çərçivəsində Türkiyə hərbi qüvvələri və Suriya Milli Ordusu birgə əməliyyatlar keçirir.

Əməliyyatların əsas məqsədi Türkiyənin cənub sərhəddində yaradılması planlaşdırılan “terror dəhlizini” aradan qaldırmaq, sərhəd bölgəsində başda PKK olmaqla, bütün terror təşkilatlarını məhv etmək, eyni zamanda, yurdundan didərgin düşmüş Suriya xalqını təhlükəsiz şəkildə yenidən ölkəsinə qaytarmaqdır.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Bunu da oxu

Ekspert Emil Maqalov:- Narkotik və narkomanların törətdiyi fəsadlar və xəstəliklər-VİDEO

Ekspert Emil Maqalov Narkotik və narkomanların törətdiyi fəsadlar və xəstəliklər haqqında …