Əsas Səhifə Slide-az BDU-nun yeni yataqxanası necə olacaq?

BDU-nun yeni yataqxanası necə olacaq?

2 dəqiqə oxundu
0
0
65

Bakı Dövlət Universitetinin tələbə yataqxanası yeni tədris ilində tələbələrin istifadəsinə veriləcək.

Sosialxəbər.az bildirir ki, Bunu Axar.az-a açıqlamasında universitetin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev deyib.

Prorektorun sözlərinə görə, hazırda yataqxana 200-220 tələbəni qəbul etməyə hazırdır:

“Yataqxanada tələbələr üçün hər bir şərait yaradılıb. Camaşırxanasından tutmuş məişət otağına, soyuducusuna, kondisionerinə qədər hər bir nüans nəzərə alınıb. Qiymət hələ müəyyənləşdirilməyib. Bakı Dövlət Universitetinə qəbul olmuş əcnəbi tələbələr də bu yataqxanada qala biləcək”.

Prorektor universitetin növbəti yataqxanasının tikintisi ilə bağlı planlardan da danışıb:

“Bakı Dövlət Universitetinin 24 min tələbəsi var. Yeni yataqxanaların tikilməsi bizim üçün prioritet məsələlərdən biridir. Gələcəkdə də bu işlər davam etdiriləcək”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni xalqı sülh şəraitində yaşamaq istəyirsə

Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb ets…