Belarus prezidenti Aleksandr Lukaşenko Avropa ölkəsinə səfərə hazırlaşır.

Sosialxəbər.az xəbər verir ki, bu, onun 2016-cı ildən Avropa İttifaqına ilk səfəri olacaq.

Lukaşenko noyabrın 12-də Avstriyaya səfər edəcək. Belarus liderinin Avstriya prezidenti Aleksander Van Der Bellenlə görüşəcəyi gözlənilir.

Qeyd etmək lazımdır ki, Lukaşenko Belarusu uzun müddət tərk etməyib və ona qarşı qüvvədə olan sanksiyalar səbəbindən Aİ-yə işgüzar səfərlərlə getməyib.