Əsas Səhifə Dünya Berlin terroru – TƏFƏRÜATLAR

Berlin terroru – TƏFƏRÜATLAR

7 dəqiqə oxundu
0
0
29

 

Dünən axşam saatlarında Berlində baş verən və 12 nəfərin ölümü, 48 nəfərin isə müxtəlif ağır tipli bədən xəsarəti almaları ilə nəticələnən terror hadisəsinin təfərrüatları bəlli olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, kayzer Vilqelm memorial kilsəninin yanındakı Krufyurstendam ticarət küçəsində keçirilən yeni il yarmarkası zamanı Polşa qeydiyyat nömrəsi ilə 50-80 metr məsafədə insanların üzərinə hərəkət etmiş yük maşınının (treyler) kabinəsində iki nəfər şəxs olub. Onlardan biri – sərnişin oturacağında ölü tapılıb. İkinci şübhəli şəxsi isə hadisə yerindən bir az aralıda tutmaq mümkün olub.

Polşa firmasının sahibi, Qdanskadan olan Ariel Juravski bildirib ki, treyler ona aiddir və oğurlanıb. Juravski bildirib ki, treylerin sükanında onun əmisi oğlu oturub və həmin reys vasitəsilə 25 ton metal həftənin bazar ertəsi günü alman sifarişçiyə çatdırılmalıymış. Lakin alman sifarişçi yükün çərşənbə axşamı günü günarta saatlarında çatdırılmasını xahiş edib. Belə olan halda sürücü gecəni şəhərdə keçirməli olub. Juravski onu da qeyd edib ki, bazar ertəsi gün boyu o öz əmisi oğlu ilə əlaqə saxlaya bilməyib.

Yük maşınının kabinəsində ölü tapılmış şəxs də Polşa vətəndaşı olub. Lakin kriminalistlər hesab edirlər ki, həmin şəxs sürücü deyil. “Die Welt”in polisdəki mənbəsi isə bildirir ki, tutulan şəxs Pakistandan olan qaçqındır. Hələlik, digər mənbələr bunu təsdiq etmirlər.

“Associated Press” agentliyi isə hadisə baş verəndən sonra xatırladıb ki, ABŞ-ın dövlət departamenti “İslam Dövləti” (keçmiş adı “İŞİD”) terror təşkilatı yeni il bayramı ərəfəsində və bayram günü terror aksiyaları keçirməyi planlaşdırıb. Vurğulanıb ki, radikal islamçılar bayram tədbirlərinin keçirildiyi və insanların sıx olduğu ərazilərdə, kütləvi bayram şənliklərində yük avtomobillərini onların üzərinə sürə, yaxud bomba yüklü avtomobilləri partlada bilərlər.

Artıq dünyanın siyasət adamları hadisə ilə bağlı etirazlı fikirlərini bildirməyə başlayıblar. Avropa Şurasının sədri Donald Tusk deyib ki, o qanlı olayda həlak olanların ailələrinə baş sağlığı verir və rəhbərlik etdiyi qurumun adından vəd edib ki, hadisədə zərər çəkənlərə yardımlar olunacaq.

Baş sağlıqlarına Avropa komissiyasının sədri Jan-Klod Yunker və Avropa Şurası diplomatiyasının rəhbəri Federik Moqerin də qoşulub.

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp isə daha sərt mövqe bildirərək deyib ki, dünən axşam saatlarında baş verən hadisə bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq terrorçularla dha sərt dildə danışmağın zamanı çatıb və onları yer üzündən silmək lazımdır.

B gün səhər saatlarından başlayaraq, Berlinin Müqəddəs Yadviqiya kilsəsində həlak olanların xatirəsi anılacaq, dini rituallar keçirilib, dualar ediləcək.

Xatırladaq ki, bu ilin yayında, 14 iyul Bastiliya qalasının alınması ilə bağlı keçirilən bayram tədbirində Fransanın Nits şəhərində bənzər hadisə baş vermişdi. Həmin vaxt yük avtomobili insanların üzərinə şütüyərək 84 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi törətmişdi. Sonradan 8 nəfər qanlı hadisəyə görə həbs olunmuşdu.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…