Əsas Səhifə Cəmiyyət “Beynəlxalq Əlillər günü” Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi tərəfindən qeyd olundu

“Beynəlxalq Əlillər günü” Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi tərəfindən qeyd olundu

5 dəqiqə oxundu
0
0
20

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dəstəklənən və “Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi tərəfindən icra olunan “Gəncə şəhərində sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası” adlı sosial xidmət sifarişi üzrə layihə öz işini uğurla davam etdirir.

Bu barədə SosialXəbər.az-a “Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyinin sədri,layihə rəhbəri Aynur Əliyeva məlumat verib. Onun sözlərinə görə,layihənin əsas məqsədi – Xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.
Layihə dövründə 50 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaq üçün intensiv reabilitasiya məşğələləri və onların valideynləri üçün məsləhət xidməti təşkil olunmuşdur. Qeyd etmək lazımdır ki, Reabilitasiya Mərkəzinin fəaliyyətinə, nəinki Gəncə şəhərindən, eyni zamanda ətraf rayonların xüsusi qayğıya ehtiyacı olan uşaqları da cəlb olunmuşdur.

Həyata keçirilmiş reabilitasiya məşğələləri nəticəsində reabilitasiyaya cəlb olunan uşaqlarda bir sıra müsbət dəyişikliklər baş vermişdir. Belə ki, onların davranış vərdişləri və bacarıqlarında olan inkişaf hiss edilir, qrup və ətrafdakı olan insanlara uyğunlaşmaq prosesi artmış, ictimai qaydalara riayət etmək bacarığı və vərdişləri yaranmışdır.

İctimai birlik tərəfindən Beynəlxalq Əlillər günü münasibətilə “Xəmsəpark ticarət və əyləncə mərkəzində” tədbir keçirilmişdir. Mərkəzin uşaqları üçün nahar təşkil olunmuşdur. Nahardan sonra uşaqlar əyləncə mərkəzində mövcud olan attraksion və karusellərdə əylənmişlər. Tədbirin keçirilməsi uşaqların böyük sevincinə səbəb olmuşdur. Əyləncə mərkəzində valideynlər öz uşaqları ilə birgə iştirak etmişdir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd olunan layihənin dəstəklənməsi Gəncə Reabilitasiya Mərkəzinin davamlı fəaliiyət göstərməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

Samuxda piknik edənlər cərimələndi

Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin rejimi qaydal…