Əsas Səhifə QHT - lər “Beynəlxalq qurumların ikili yanaşması işğalçı tərəfi daha da azğınlaşdırır”

“Beynəlxalq qurumların ikili yanaşması işğalçı tərəfi daha da azğınlaşdırır”

8 dəqiqə oxundu
0
0
212

“Azərbaycana qarşı torpaq iddiaları, işğalçı hədə ritorikası, hansısa şəhərləri, əraziləri, obyektləri vurmaq təhdidləri artıq Ermənistan tərəfinin bir ənənəsinə çevrilb və ermənilərin təhdidləri, hədələri beynəlxalq təşkilatlar tərəfindən nəzarətə götürülməlidir. Bu sözləri Sosialxəbər.az – a verdiyi açıqlamasında “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva deyib.

İctimai Birliyin sədri vurğulayıb ki, Tovuzdakı uğursuzluqlarından sonra Ermənistan yeni təxribatlara əl atmağa cəhd göstərdiyi açıq-aşkar görünür: “Tovuzda törətdikləri təxribatla yüksəklikləri ələ keçirməyə çalışsa da uğursuzluqla, Azərbaycan tərəfinin layiqli cavabı ilə qarşılaşan Ermənistan tərəfinin revanş götürmək cəhdləri göz qabağındadır. Bu cəhdlər onlarda, ermənilərdə müşahidə olunan aktivlikdə öz əksini tapır.
Ermənistanın işğalçılıq siyasəti yenilik deyil. Bu siyasət tarixən olub və hələ də davam edir ki, bunu bizimlə yanaşı dünya ictimaiyyəti də, beynəlxalq təşkilatlar da yaxşı bilirlər. Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı, onların törətdikləri terror, Xocalı faciəsi kimi vəhşiliklər, vandallıqlar bu işğalçı ölkənin mahiyyətinin, faşist, yırtıcı siyasətinin təsdiqidir və bunu görməməzliyə, bilməməzliyə vurmaq belə mümkünsüzdür.
Bu vaxta qədər ikili standartlar nümayiş etdirən beynəlxalq təşkilarlar hələ də bu yanaşmanı davam etdirirlər. Əks halda, Ermənistan tərəfinin aqressiv davranışına, təxribatçı hərəkətlərinə çoxdan layiqli qiymət verilərdi”.

Mehriban Abdullayeva bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, həlli üçün cavabdeh olan ATƏT-in Minsk Qrupu bu zamana qədər öz sözünü deməli, işğalçını öz adı ilə çağırmalı idi, amma əfsus ki, biz bunun şahidi olmadıq: “Heç dünya ictimaiyyəti də bu qurumun münaqişənin həlli ilə əlaqədar dırnaqarası fəaliyyətində nəzərəçarpacaq bir iş gördüyünü, fəaliyyət nümayiş etdiyini, hansısa nailiyyətlərə imza atdığını görmədi. Bu gün də həmin qurum yerindən belə tərpənmir. İşğalçı ölkə işğal, terror, hədə ritorikası ilə danışırsa da ATƏT-in Minsk Qrupu buna münasibət belə bildirmir. Nəinki təzyiq rıçaqlarından istifadə, hətta erməni hədəsinə, münaqişədə olduğu qonşu dövlətə işğalçı təhdidinə münasibət belə bildirməyən bir təşkilatın münaqişənin həlli baxımından rolu artıq nədir? Ümumiyyətlə, münaqişə müstəvisində işğalçı tərəfin hədələrinə münasibət belə bildirməyən, müşahidəçi mövqe nümayiş etdirən bir təşkilat nəyə lazımdır? Belə olan halda hər kəs düşünməkdə haqlıdır ki, mütləq ATƏT-in Minsk Qrupunun fəaliyyətinə yenidən baxılmalıdır və bu qrupun fəaliyyətində dəyişikliklər, real, düzgün fəaliyyət müşahidə olunmasa bu qurumun fəaliyyətindən imtina belə edilməlidir.
ATƏT-in Minsk Qrupunun timsalında beynəlxalq qurumların münaqişə ilə əlaqədar ikili standartlar siyasəti yürütməsi, ədalətsiz yanaşması, işğalçı və işğala məruz qalanla eyni dildə danışması sayəsində Ermənistan tərəfi getdikcə daha da azğınlaşır. Bu baxımdan beynəlxalq təşkilarların, demokratik institutların və bu kimi insan haqları təşkilatlarının Ermənistana haqlı olaraq təzyiqi qaçılmazdır və bu işğalçı ölkənin daha da azğınlaşmaması üçün təsir mexanizmləri hazırlanmalı, tətbiq edilməlidir”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin QHT - lər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…