Əsas Səhifə Hadisə Binəqədi rayonunda yük avtomobili qəza törədərək aşıb

Binəqədi rayonunda yük avtomobili qəza törədərək aşıb

2 dəqiqə oxundu
0
0
20

Binəqədi rayonunda yük avtomobili qəza törədərək aşıb.

Sosialxəbər.az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

“SHACMAN” markalı yük avtomobili qəsəbə ərazisində, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında hərəkətdə olarkən anidən əyləc sistemində nasazlıq yaranıb. Bu səbəbdən avtomobil işıqforun qırmızı işığından keçib.

Nəticədə yük maşını 3 minik avtomobilinə çırpılaraq aşıb.

Qəza zamanı avtomobillər deformasiyaya uğrayıb, işıqfor zədələnib.

Əraziyə Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Bunu da oxu

Bu dövlət qurumun 5 əməkdaşı koronaya yoluxdu

Sumqayıt Telekommunikasiya Qovşağının (STQ) beş əməkdaşı koronavirusa yoluxub. Sosialxəbər…