Sosialxəbər.azxəbər verir ki, neçə illərdir ki,Əsgər Ailələrinə Dəstək ictimai birliyi müxtəlif sosial layihələr həyata keçirir. Bu layihələrin içində mənzillərin verilməsi,evlərin təmiri,iş,təhsil haqqının ödənməsi, xaricdə, ölkə daxilində müalicə məsələləri və s. fəaliyyətləri var.

Sözsüz ki,bu işləri ictimai birlik özü həyata keçirə bilməz. Bizim ən böyük dəstəkçimiz Birinci- vitse prezident xanım Mehriban Əliyevadır. Elə məsələ yoxdur ki,müraciətimiz anında həllini tapmasın. Bu xeyirxah dəstəyə görə hər zaman ona minnətdarıq.

Bütün işləri dövlətin də üzərinə qoymaq olmaz. Ona görədə bir çox məsələlərdə iş adamların da bizə böyük köməyi olur. Millət vəkili Adil Əliyev, Ümumrusiya Azərbaycanlılar İttifaqının rəhbəri Füzuli Məmmədov , Qartal tikinti şirkətinin prezidenti Şahin Məmmmədova və Palmali Şirkətlər qrupunun prezidenti Mübariz Mənsimova minnətdarlığımı bildirirəm. Bu günlərdə Ümumrusiya Azərbaycanlılar İttifaqından bir təklif aldım.Əsgər Ailələrinə Dəstək ictimai birliyi iftar süfrəsində müxtəlif insanları bir yerə toplayıb onların bir-birinə dostluq, köməkdarlıq münasibətini qurmaq lazımdır.

Axı Ramazan əslində insanların daha çox bir-birinə əl tutmaq üçün müqəddəs aydır. 26 may tarixdə bir iftar süfrəsi düzənlədik. Dəfələrlə ictimai birliyə tapşırılsa da iftar süfrəsinin məhz onlar tərəfindən verildiyini ictimailəşdirməyək, biz bunun əksini etdik. Çünki insanlara dəstək, xeyriyyəçilik məhz bu ənənələrin üzərində qurulur. Yetmişdən çox insanın iştirak etdiyi məclisdə həssas qruplarla yanaşı müxtəlif peşə adamları , QHT rəhbərləri , aparıcı televiziyaların əməkdaşları və sayt rəhbərləri var idi. Mən xüsusi vurğuladım ki, iftar süfrəsi Ümumrusiya Azərbaycanlılar İttifaqının dəstəyi ilə təşkil olunub.

İctimai birlik sadəcə təşkilati məsələlərdə yardımçı olub. Məclis iştirakçılarına Ümumrusiya Azərbaycanlılar İttifaqının rəhbəri Füzuli Məmmədovun salamlarını və 28 may Respublika Günü ilə bağlı təbriklərimi çatdırdım. Maraqlı bir görüşün iştirakçıları , bu iftar süfrəsində şəhid ailələri ,vətən yolunda fiziki sağlamlığını itirmiş insanlarla tanış olduqlarından məmnunluqlarını bildirdilər. Bəli , məhz biz münasibətlərimizi belə insanlarla qurmağı bacarmalıyıq. Ümumrusiya Azərbaycanlılar İttifaqının xeyriyyəçilik missiyası isə hər kəsə nümunədir. Bir olaq ki, Qarabağımızı işğaldan azad edə bilək.

Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri, jurnalist Mətanət Əsgərqızı.