Əsas Səhifə Slide-az Bir qrup əlilliyi olan şəxsə əlil arabaları yaşadıqlara rayonlara, bir qisminə evlərinə aparılaraq verilib

Bir qrup əlilliyi olan şəxsə əlil arabaları yaşadıqlara rayonlara, bir qisminə evlərinə aparılaraq verilib

2 dəqiqə oxundu
0
0
6

Sosialxəbər.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən növbəti səyyar xidmət Astara, Lənkəran, Masallı rayonlarında təşkil edilib.

Üç rayon üzrə 22 nəfər əlilliyi olan şəxsə əlil arabaları həmin rayonlara, onlardan bir hissəsinə isə evlərinə aparılaraq verilib. Əlilliyi olan şəxslər səyyar xidmətdən, əliliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı istiqamətində aparılan işlərdən razı qaldıqlarını bildiriblər.

Сari ilin ötən dövründə ölkəmizin bütün rayon və şəhərlərində bu cür səyyar xidmətlər təşkil edilib. 858 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa ümumilikdə 4 minə yaxın reabilitasiya vasitəsi yaşadıqları rayonlara, bəzi hallarda yaşayış ünvanlarına aparılıb verilib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Bunu da oxu

ŞƏHİDLƏR HEÇ VAXT UNUDULMUR

20 yanvar bizim qan yaddaşımızdır bu tarix heç vaxt unudulmur, 30 il bundan öncə azərbayca…