Birləşmiş Millətlər Təşkilatı öz əməkdaşlarını ölkədə yaranmış vəziyyətlə əlaqədar müvəqqəti olaraq Sudandan çıxarmaq qərarına gəlib.

Sosialxəbər.az Rusiya KİV-ə əsasən bildirir ki, bu barədə “Sky News Arabia” məlumat verir.

BMT öz əməkdaşlarını müvəqqəti olaraq Sudandan çıxarır”, – deyə telekanalın saytında bildirilir.

Qeyd edək , Sudanın paytaxtı Xartumda iyunun 3-də hərbiçilər müxalifətin çadır düşərgəsini dağıtmağa başlamışdılar. Bundan sonra Sudanın müxalifətçi həkimlər komitəsi bildirmişdi ki, hərbiçilərin əməliyyatı nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb