Əsas Səhifə Cəmiyyət BMT-dən Azərbaycana qarşı təxribat – Azay Quliyev çağırış etdi

BMT-dən Azərbaycana qarşı təxribat – Azay Quliyev çağırış etdi

2 dəqiqə oxundu
0
0
3

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda ilk öncə deputat Azay Quliyev söz alıb BMT-də Azərbaycana qarşı təxribata əl atılmasından danışdı.

Sosialxəbər.az xəbər verir ki, A.Quliyev bildirdi ki, BMT-nin üzvü olan hər bir ölkə bu quruma illik hesabat təqdim edir.

“Təəssüflər olsun ki, bu dəfə Azərbaycana qarşı təxribata yol verilib. Belə ki, Ermənistan təqdim etdiyi hesabatda qondarma “dqr”-in hesabatını da əlavə edib. Bununla da BMT-nin insan haqları şurası öz nizamnaməsindən kənara çıxıb. Bu hesabat 6 dildə yayılıb. Bizim qurumlar məsələyə münasibətini bildirməlidir. Ermənistan indiyədək dəfələrlə Azərbaycana qarşı təxribatlara yol verib. Ancaq Ermənistanın budəfəki təxribatına BMT şərait yaradıb. Özü də “artsax” adı ilə təqdim olunub”.

A.Quliyev məsələyə ciddi reaksiya verilməsini zəruri saydı:

“Bizim BMT-dəki səlahiyyətli nümayəndəmiz məsələyə müdaxilə etməli və həmin qondarma, qanunsuz hesabat BMT-nin saytından çıxarılmalıdır”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

Elməddin Behbud: “Cəmiyyətdə seçkilərə kifayət qədər maraq var”

Sosialxəbər.az bildirir ki, “Namizədlərin təbliğat-təşviqat kampaniyasını aparmaları üçün …