Əsas Səhifə Dünya BMT-nin baş katibinin Ümumdünya Radio Günü ilə əlaqədar MÜRACİƏTİ

BMT-nin baş katibinin Ümumdünya Radio Günü ilə əlaqədar MÜRACİƏTİ

2 dəqiqə oxundu
0
0
22

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Ümumdünya Radio Günü ilə əlaqədar müraciət yayıb. Sosialxəbər.az-ın xəbərinə görə, baş katib radionun dünyada ən geniş auditoriyaya malik olduğunu bildirir. O qeyd edir ki, kommunikasiya sahəsində sürətli inkişaf erasında radio hələ də əyləndirmək, maarifləndirmək, məlumatlandırmaq və həvəsləndirmək gücünü özündə saxlayır. Radio icmaları birləşdirə və gücləndirə bilər, çətin durumda olanlara isə eşidilmək imkanı verir.

“Bu il Qış Olimpiya Oyunlarının davam etdiyi bir vaxtda biz idman yarışları yayımının insanları bir yerdə həyəcanlandırmaq və nailiyyətlərə sevindirməklə bir araya gətirdiyinin bir çox nümunələrini görürük.

Gəlin Ümumdünya Radio Günündə insanlara potensiallarını tam göstərməyə kömək edən həm radio, həm də idmana layiq olduqları dəyəri verək”, – deyə Antonio Quterreş müraciətində qeyd edir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Bunu da oxu

Ölkəmizdə yeni doğulan 4 körpədə korona tapıldı

COVİD-19 pozitiv olan analardan doğulan 16 körpə hazırda şöbəmizdə həkimlərin nəzarəti alt…