Bu gün Boccia İdman Federasiyası 2 saylı sağlamlıq imkanı məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində oldu. .
Sosialxəbər.az xəbər verir ki,müəssisə rəhbəri Pərvanə xanım başda olmaqla bütün kollektiv bizi gülərüz və səmimiyyət ilə qarşıladı . Daha sonra müəssisədə qalan uşaqlar bizlər üçün şeirlər söylədi , mahnılar oxudu və rəqslər nümayiş etdirdilər .

Daha sonra müəssisənin idman zalında boccia idmanı ilə tanışlıq oldu . Boccia İdman Federasiyasının baş katibi və baş məşqçisi olan İlham Məhərrəmov ilkin olaraq Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi və Uşaq Paralimpiyası haqqında məlumatlar çatdırdı .

Eyni zamanda boccia idmanının yaranması haqqında geniş məlumatlar verərək bildirdi ki , Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə yaranan Boccia İdman Federasiyası qısa müddətdə böyük uğurlara imza atmağa nail olmuşdur . Daha sonra milli yığmamızın idmançılari boccia oynadılar . Daha sonra müəssisədə qalan uşaqlar və yeniyətmələr boccia oynadı .

Hər biri bir neçə saat içində belə olsa bocciaya olan maraqlarını bizlərədə hiss etdirə bildilər . Qeyd edək ki , bu görüş boccia idman növünün təbliği və bu idmana yeni yeni uşaqların , yeniyetmələrin və gənclərin cəlb olunması məqsədi daşıyırdı .

Bu cür təlimlər , tanışlıqlar hər ayın müvafiq günlərində və müvafiq müəssisələrində təşkil olunacaq . Sonda bütün uşaqların üzlərindəki təbəssüm hissi düzgün yolda və istiqamətdə olduğumuzu bir daha sübut etdi . Bu yolda uğurlarımızın bol və davamlı olmasını diləyirik .