Home QHT Cəmiyyətin rifahına xidmət edən Milli Prioritetlər

Cəmiyyətin rifahına xidmət edən Milli Prioritetlər

257
0

Müstəqillik qazanan Azərbaycan keçid dövründə mövcud olan çətinliklərin öhdəsindən məharətlə gəlib. Keçən dövr ərzində iqtisadi inkişaf yoluna qədəm qoyan dövlətimizdə bir-birinin ardınca genişmiqyaslı layihələr gerçəkləşdirilib ki, bu da Azərbaycanın inkişaf strategiyasında öz bəhrəsini göstərmişdir.
Dövlətimizin inkişafına və cəmiyyətin rifahına xidmət edən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiqi dövlətin idarəolunmasında strateji planlaşmanın təcəssümüdür. Risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahəvi prioritetlərin müəyyən olunmasına xidmət edən sözügedən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir.

Yaxşı bilirik ki, dövlətimizin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur. Sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınıb. Ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. Regionda həm iqtisadi inkişafına, həm də dünya dövlətləri arasında nüfuzuna görə lider olan Azərbaycanla birgə layihələr həyata keçirməyə maraqlı olan dövlətlər yaxşı bilirlər ki, dövlətimiz gündən günə güclənir.

Ötən illər ərzində şəhər və rayonlarda, kəndlərdə, qəsəbələrdə infrastrukrur layihələr uğurla icra edilmiş, vətəndaşların həyat tərzinin yaxşılaşdırılması məqsədi ilə müasir kommunal xidmət sahələrində yeniliklər tətbiq edilmişdir. Bu cür layihələrin sahəsi genişləndirilməkdə davam etdirilir. 2020-ci ildə 44 günlük Vətən Müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda mahiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlandı. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu səbəbdən əhalimizin Böyük Qayıdışı çərçivəsində növbəti məqsədlərə nail olunmalıdır: dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya. Bu torpaqlarda həyatın bərpa edilməsi üçün görüləcək işlər çoxdur.

Əminə Ağazadə
Milli Məclisin deputatı

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-dən irəli gələn məsələlərin həllində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi çərçivəsində çap olunur

Previous articleAzərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi layihə çərçivəsində tədbir keçirib
Next articleAnlayın, Rusiyanın əlində Qərbə qarşı elə “silah” var ki…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here