Home QHT QHT-lər acınacaqlı durumda: “Ofislərimizi təhvil verib evdə oturmuşuq”

QHT-lər acınacaqlı durumda: “Ofislərimizi təhvil verib evdə oturmuşuq”

335
0

4 ay öncə yaranan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi hələ də müsabiqə elan edə bilməyib.

Qeyd edək ki, 2021-ci il dövlət büdcəsində QHT-lərin fəaliyyətinin dəstəklənməsi üçün vəsaitin ayrılması nəzərdə tutulsa da, həmin vəsait isə bu günə kimi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin hesabına köçürülməyib. Odur ki, müsabiqələrin elan olması geçikir.

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova Sosialxəbər.az -a açıqlamasında bildirib ki, hazırda QHT-lərin durumu çox acınacaqlıdır.

“Açığı bizə məlumat verilmir. Sadəcə deyilən odur ki, hələ də Agentlik formalaşmayıb. Katiblik işçi götürməyib. Hələ işçilərin CV-ləri yığılır. Heç ofis belə yoxdur. Agentliyin Müşahidə Şurasının üzvüləri evdən işləyir. Buna görə layihələrdən danışmaq yersizdir. Maliyyə Nazirliyi ştatı olmayan, smetası olmayan bir quruma pul niyə ayırsın? Hazırda QHT-lərin durumu çox acınacaqlıdır. Ofislərimizi təhvil verib evdə oturmuşuq. Üzvülərlə görüşlərimizi kafelərdə etməli oluruq.

Agentlik QHT Şurasının bütün işçilərini işdən çıxarıb. Çox savadlı işçilər vardı onlar qalsaydı düşünürəm ki, işlər bu qədər ləngiməzdir. Ölkədə QHT sektorunu çökdürmək üçün atılan ən gözəl addım bu idi. Görünür hansısa qurumlar bu işdə maraqlıdır. QHT-lər hər zaman dövlət maraqlarını hər kəsdən və hər şeydən üstün tutub. Çox təəssüf ki, eyni sözü biz deyə bilmirik. Çünki bizim dəstəyimiz bu qədər ucuzlaşdırıldı. Müsabiqə elan olunsa, belə payızda ,maliyyə gələn ildən tez verilməyəcək belə düşünürəm”,-deyə QHT rəhbəri S.Kərimova bildirib.

Previous articleBu rayonlarda 2 gün qaz olmayacaq
Next articleKomandirin xahişi: Gözlərim burda düşdü, onu axtar…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here