Əsas Səhifə Cəmiyyət Bu, BMT-nin görmədiyi dəhşətli təhlükədir

Bu, BMT-nin görmədiyi dəhşətli təhlükədir

3 dəqiqə oxundu
0
0
343

Hazırkı pandemiyanın yaratdığı təhdid və təhlükə dünyanın və BMT-nin indiyədək görmədiyi dəhşətli təhlükədir.

Sosialxəbər.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Operativ Qərargahın bugünkü brifinqində deyib.

“Hazırda bu pandemiya insanların həm iqtisadi, həm sosial həyatına çox ciddi təsir edir. Pandemiya cəmiyyətin kifayət qədər böyük sahələrinə öz təsirini göstərməkdədir. Bu virus hansısa ölkələri, bölgələri seçib hədəfə almır. Səhhətində problem olan və olmayan insanların hər birinə yoluxub, onların sağlamlığına ciddi təsir edə bilər”, – o bildirib.

Q.İshaqzai qeyd edib ki, bu səbəbdən BMT-nin baş katibi hər kəsi qlobal həmrəyliyə çağırıb:

“Ölkələr və vətəndaşlar arasında həmrəylik olmalıdır. Hökumətlər yalnız öz gücü hesabına bu pandemiyaya qalib gələ bilməyəcək. Bizim hər birimizin öz məsuliyyəti var. Məhz bu səbəblə birlikdə pandemiyaya qalib gəlməliyik”.

Qulam İshaqzai bildirib ki, bu işdə hər birimiz kiçik addımlarla belə tövhə verə bilərik:

“Burada gigiyena qaydaları, sosial məsafə vərdişlərində edilən dəyişikliklərdən söhbət gedir. Eyni zamanda simptomlu insanların özünü təcridi kimi kiçik addımlarla hər birimizin xüsusi öhdəliyi var”.

O əlavə edib ki, həm Azərbaycanda, həm də dünyada təcrid proseslərində yorğunluq var: “Bəziləri işə getmək istəyir. Pandemiya səbəbilə hər kəs ziyanla üzləşir. Lakin virusa qalib gəlmədikcə ölkələrdə iqtisadiyyatın bərpası mümkün olmayacaq”

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Şuranın dəstəyi ilə şəhid ailələrinə yardımlar göstəriləcək

Azərbaycan Respublikasinin Prezidenti Yaninda Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi …