Əsas Səhifə Slide-az Bu gün ölkəmizdə Od çərşənbəsi qeyd olunur

Bu gün ölkəmizdə Od çərşənbəsi qeyd olunur

2 dəqiqə oxundu
0
0
90

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

Sosialxənər-ın xəbərinə görə, ilin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi tanınan Od çərşənbədir.
Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanıb.
Novruz bayramı ərəfəsində keçirilən od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin – od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Qədim türk mifologiyasında odla bağlı müxtəlif motivlər mövcud olub. İnanclara görə, odu günəşlə, işıqla bağlayırlar. Od çərşənbəsində Oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur.

Qeyd edək ki, Azərbaycanda axır çərşənbə martın 19-na təsadüf edir. Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 21-i Bakı vaxtı ilə təxminən saat 01:58 radələrində baş verəcək.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Bunu da oxu

Koronaya yoluxanların sayı kəskin azaldı

Azərbaycanda 144 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 435 nəfər müal…