Əsas Səhifə Cəmiyyət Bu gün onların günü idi-Eşitmə məhdudiyyətlilər günü qeyd olundu-VİDEO

Bu gün onların günü idi-Eşitmə məhdudiyyətlilər günü qeyd olundu-VİDEO

6 dəqiqə oxundu
0
0
35

Sosialxəbər.az xəbər verir ki, bu gün “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yarım ” İctimai Birliyi Dünya eşitmə əngəllər gününü Milli Hüquq Evində qeyd etdi. Birliyin sədri Cəmilə Abdulova tədbiri giriş sözü ilə açaraq bu günü tarixi haqqında qısa məlumat verdi. Eşitmə məhdudiyyətlilər günü ilk dəfə 1985 ci ildə İtaliyanın Roma şəhərində qeyd olunub. Bu günü qeyd etməkdə məqsəd eşitmə məhdudiyyətli şəxslərin səslərini dövlət, rəsmi qurumlar, aidiyyatı orqanlara çatdırmaq və onları cəmiyyətdə varlıqlarını hiss etdirmək olub.

Biz də bir İctimai Birlik olaraq məhz onlar üçün yarandıq və ilk dəfə 2017 ci ildə bu günü Azərbaycanda qeyd etdik. Bu ənənəyə sadiq qalaraq bu gün də 24 sentyabr Eşitmə məhdudiyyətlilər günü kimi qeyd edərək onları narahat edən problemlərlə daha yaxından tanış olduq. Bu tədbiri Milli Hüquq Evində keçirməkdə məqsəd hüquqşünas Nicat Gözəlov onlara daima hüquqi yardıma hazır olduğunu hiss etdirib. Biz bir İctimai Birlik olaraq daima onlara dəstək göstərməyə hazırıq yetər ki, bizim səsimizə lazımi qurumlar da səs versin.

Eşitmə məhdudiyyətləri narahat edən işsizlik problemi günü gündən artaraq bizi bir cəmiyyət olaraq ciddi narahat edir. Bizim daimi şüarımiz “Səssizliyin səsi olaq!”dir. Biz onları təkcə bu gün yox hər gün dinləməyə hazır olmalıyıq. Onların eşidilməyən səslərini biz eşidən insanlar dinləməli və onlara dəstək göstərməliyik.

Tədbirin sonunda Cəmilə Abdulova Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlova təşkilata göstərdiyi dəstəyə görə, iştirak edən Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İB sədri Səbinə Kərimovaya və Reaksiya TV rəhbəri Zaur Qəriboğluna minnətdarlığını bildirdi. Sonda könüllülər komandasının rəhbəri Aytac Qədirova IB-in könüllülərdən və üzvlərdən ibarət olan bir mesaj xarakterli video rolik nümaiş etdirib. Tədbir cəmiyyətin üzvləri və valideyinlərin müzakirələri ilə sona çatıb. Tədbir əvvəldən sona qədər IB-İN surdo-tərcüməçisi Yeganə Tağıyeva tərəfindən işarət dilinə tərcümə edilib.

Bakıda Dünya Eşitmə Əngəlliləri Günü qeyd edilib

Bakıda Dünya Eşitmə Əngəlliləri Günü qeyd edilibBu gün Bakıda Milli Hüquq Evi və “Eşitnə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” ictimai birliyi birgə Dünya Eşitmə Əngəlliləri Gününü qeyd ediblər.

Reaksiya TV paylaştı: 24 Eylül 2018 Pazartesi

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

Cəlilabada dilənçiliyə gedənlər saxlanıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkə ərazisində elan edilmiş xüsusi…