Bu gün onun şəhadətə ucalan günüdü!

Bəzən hansı adı daşımağından asılı olmayaraq ana üçün yeganə övladını itirmək faciədir.Atasız böyüyən Salehə Samirə ananın və bircə bacısının çox ümidləri vardı.Çoxu deyirdi Samirə anaya bir oğuldu qoyma.

Bu sözləri eşidən Saleh anasına dəfələrlə deyərdi, birdən onların sözünə qulaq asarsan və zaman yetişdi bütün nəsil Saleh İsazadəni hərbi xidmətə yola saldı.Orada nümunəvi əsgər, manqa komandiri oldu. Günlərin birində Saleh əsgər yoldaşının hansı səhvini görmüşdüsə, ona dedi, sən satqınsan, hər şeyin üstü açılacaq.

Bu o yer idi ki, biriləri erməni ilə əməkdaşlıq etmişdi.3 gün sonra anasına Salehin güllələnmə xəbəri gəldi.Sakitcə gətirib basdırdılar, Samirə ana deyir.Mən oğlumu gizlətməmişdim.Vətənin xidmətinə göndərmişdim.Ya oğlumu qaytarsınlar ya da şəhid adı versinlər.İki ildi anaya hərə bir qanun nağılı danışır. Samirə ana üçün nə fərqi oğlunu erməni öldürüb ya erməniyə xidmət edən azərbaycanlı.

Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgər qızı qeyd edir ki, belə anaların qəlbini bir daha yaralamayın. Oğul evdən çıxıb əyninə əsgər paltarı geyib hərbi xidmətə gedirsə, başına hansı hadisə gəlirsə, həlak olursa O, ŞƏHİDDİ. Bu gün yanında olmaq istədim Samirə ana! Aylardı bu günü gözləyirdim.Lakin məndən asılı olmayan səbəblərdən Salehin şəhadət gününə gələ bilmədim.Bağışla…amma inanıram ki, bir gün sənə, digər şəhid adı verilməyən oğulların analarına sən artıq şəhid anasısan xəbərini Əsgər Ailələrinə Dəstək ictimai birliyi çatdırdı.