Əsas Səhifə Dünya Bu iki ölkə Aralıqda Türkiyəyə qarşı birləşir

Bu iki ölkə Aralıqda Türkiyəyə qarşı birləşir

2 dəqiqə oxundu
0
0
145

Cənubi Kipr (yunan tərəfi) lideri Nikos Anastasiadisin rəhbərlik etdiyi heyətin Fransaya səfəri öncəsi iki ölkə arasında imzalanan Yunan Milli Mühafizə Ordusu (RMMO) müqaviləsinin detalları bəlli olub.

Sosialxəbər.az  xəbər verir ki, müqavilədə hər iki tərəfin hərbi qüvvələrinin Aralıq dənizində (Ağ dəniz) birgə hərəkət etməsinin vacibliyi vurğulanır.

Üç maddəlik razılaşmaya görə, Maridəki Evangelos Florakis limanı yenidən inşa ediləcək. Həmçinin yunanlar və fransızlar Havadan Müşahidə Mərkəzini modernləşdirəcək. Bildirilir ki, bu müşahidə mərkəzi ilə Türkiyə qırıcılarının Aralıq dənizindəki uçuşları nəzarətdə saxlanılacaq.

Anlaşmada Andreas Papandreu aviabazası da fransızlar tərəfindən yenidən qurulacaq.

İddia edilir ki, yeni limanların inşası başa çatan kimi yunanlar Fransa gəmilərini Limasol limanında yerləşdirəcək.

 

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Cəlilabad rayonunda yol qəzası baş verib

Cəlilabad rayonunda yol qəzası baş verib. Sosialxəbər.az Report-a istinadən xəbər verir ki…