Əlilliyin qiymətləndirilməsi sisteminin şəffaflaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görülən tədbirlər cari ilin birinci rübündə də ilkin əlillik təyinatlarının sayında ciddi şəkildə azalmaya səbəb olub.

Bu barədə Sosialxəbər.az-a Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 2019-cu ilin yanvar-mart aylarında nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən ilkin əlillik təyin olunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 49% azalmaqla 5310 nəfər təşkil edib.
O cümlədən, ilkin olaraq I dərəcə əlillik təyinatı 2018-ci ilin I rübünə nisbətən 3 dəfə, II dərəcə əlillik təyinatı 3 dəfəyə yaxın, III dərəcə əlillik təyinatı 26%, sağlamlıq imkanlarının məhdudluğunun təyinatı 34% azalıb.

Dərəcə 2019-cu ilin I rübündə ilkin əlillik 2018-ci ilin I rübü ilə müqayisədə azalma
təyin olunanlar (nəfər)
I dərəcə 531 66%▼
II dərəcə 2248 57%▼
III dərəcə 1078 26%▼

Sağlamlıq imkanları
məhdudluğun təyinatı 1453 34%▼

CƏMİ 5310 49%▼

Əlilliyin dinamikasında özünü göstərən azalma tempi əlillik təyinatlarının aparılmasında inzibatçılığın təkmilləşdirilməsi və struktur dəyişiklikləri, əsassız göndərişlər üzrə aparılmış əlillik təyinatlarının müəyyənləşdirilərək ləğv edilməsi, ümumən bu sahədə ciddi nəzarət tədbirlərinin müsbət nəticəsidir.