Hotel Ukraine. Kiev, Ukraine

Macarıstanın Ukraynadakı səfiri İştvana İydyarto Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.

Sosialxəbər.az Rusiya mediasına istinadən xəbər verir ki, səfirin XİN-ə çağırılmasına səbəb Qərbi Ukraynada macar azlıqların muxtariyyət elan etməsi və Ukrayna-NATO komissiyasının fəaliyyətinin bloklanması ilə bağlı verdiyi müsahibə olub.

Səfirə bu kimi açıqlamaların qəbuedilməz olduğu çatdırılıb.

Həmçinin qeyd edilib ki, Ukraynanın “Təhsil haqqında” Qanununu macar əsilli ukraynalıların hüquqlarını pozmur və onlara ölkədə Venesiya Komissiyası ilə təsdiqlənən özünürealizə imkanını tanıyır.