Əsas Səhifə Sağlamlıq Bu paltarları geyinin, koronanı məhv edir

Bu paltarları geyinin, koronanı məhv edir

3 dəqiqə oxundu
0
0
248

Pambıq qumaşdan hazırlanmış paltarlarda koronavirusun müəyyən vaxtdan, daha doğrusu, bir gündən sonra ölməsinin səbəbi virusun quruluşunun pozulması ilə əlaqədardır. Çünki pambıq lifləri təbii materialdır.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında virusoloq Tərlan Məmmədov pambıq parçada koronavirusun bir sutkadan sonra məhv olması barədə danışarkən deyib. Ekspert bildirib ki, bu cür pambıq liflərinin qurutmaq kimi bir xüsusiyyəti var:

“Yəni müəyyən müddətdən sonra virusun yağ təbəqəsi fiberlər, liflər tərəfindən özünə çəkilir. Bu da virusun strukturunun pozulmasına gətirib çıxarır. Koronavirusun pambıq qumaşdan hazırlanan paltarlarda bir gündən də tez vaxtda məhv olmasının elmi səbəbi və izahı budur”.

Virusoloqun sözlərinə görə, koronavirusun müəyyən vaxtdan sonra öz aktivliyini itirməsi virusun quruluşunun pozulması ilə əlaqədardır:

“Koronavirus iki örtüklü virusdur. Yəni üstdən yağ örtük təbəqəsi var. Bundan sonra protein təbəqəsi gəlir. Ardınca nuklear turşusu zənciri ilə əvəzlənir. Bu virus plastik üzərində bir neçə gün qala bilir. Ən çox dəmir təbəqəsinin üzərində qalır. Elə bir təbəqə, səth olmalıdır ki, orada virusun quruluşu pozulsun”.

T.Məmmədov deyib ki, qadınlar paltar alarkən bu məqamlara xüsusi diqqət yetirməlidirlər:

“Qadınlar bəzək əşyalarından çox istifadə edirlər. Qızıl, boyunbağı kimi əşyalar da virusu özündə çox saxlaya bilir. Virusdan qorunmaq üçün bəzək əşyaları taxmamaq lazımdır. Metallik təbəqələrdə – qızılda, dəmirdə viruslar uzun müddət aktiv halda qalmağı bacarır. Eyni zamanda plastik paltarlarda da çox qala bilirlər. Çünki orada da virusun strukturu pozulmur”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Sağlamlıq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Cəlilabad rayonunda yol qəzası baş verib

Cəlilabad rayonunda yol qəzası baş verib. Sosialxəbər.az Report-a istinadən xəbər verir ki…