Əsas Səhifə İqtisadiyyat Bu sahibkarlar mənfəət vergisindən azad olacaq

Bu sahibkarlar mənfəət vergisindən azad olacaq

3 dəqiqə oxundu
0
0
16

Azərbaycanda innovasiya yönümlü startaplara xüsusi imtiyazlar var. Əgər fərdi sahibkarlar, müəssisələr öz gəlirlərini 3 il ərzində innovasiya sahəsinə yönəldərlərsə, onların gəlirləri mənfəət vergisindən tamamilə azad olacaq.

Sosialxəbər.az Trend-ə istinadən məlumatına görə, bunu “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda nazirlər panelinin müzakirəsi zamanı İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Onun sözlərinə görə, bundan başqa, kiçik-orta biznes klasterləri müəssisələrinə də geniş güzəştlər nəzərdə tutulur: “Onlar mənfəət və torpaq vergilərindən azad edilə bilər. Eyni zamanda, dövlət tərəfindən onların maliyyə əlçatanlığının həll edilməsi vacib məsələlərdəndir.

S.Həsənova əlavə edib ki, Azərbaycanda yaradıcı sənayenin inkişafı üçün geniş imkanlar var.

Nazir müavini bildirib ki, iqtisadi artımın sürətləndirilməsi, diversifikasiyanın sürətli getməsi qarşımızda duran ən əsas çağırışlardandır. Digər çağırışlar isə Azərbaycanda məşğulluğun təmin olunması, gənclərin layiqli məşğulluğunun təmin edilməsidir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin İqtisadiyyat

Bir cavab yazın

Bunu da oxu

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Sosialxəbər.az bildirir ki, Ekologiya və Təbii S…