Əsas Səhifə Sağlamlıq Bu xəstəxanalar özəlləşdiriləcək – SİYAHI

Bu xəstəxanalar özəlləşdiriləcək – SİYAHI

3 dəqiqə oxundu
0
0
43

Azərbaycanda dövlət səhiyyə müəssisəsinin özəlləşdirilməsi nəzərdə tutulub. Bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.
Onun sözlərinə görə, bunlar əsasən təsərrüfat hesablı müəssisələrdir: “11 müəssisə artıq müvafiq siyahıya daxil edilib. Bunların da özəlləşdirilməsi labüddür. Ancaq gələcəkdə özəlləşdiriləcək müəssisələrin profilinin müəyyən müddətə dəyişdirilməməsi də gündəmdə olan məsələlərdəndir”.

Nazir müavini bildirib ki, özəlləşdiriləcək səhiyyə müəssisələri sırasında Mərkəzi Neftçilər Xəstəxanası, Dənizçilər Xəstəxanası və Dəmiryolu Xəstəxanası da var.
Qeyd edək ki, nazir müavini 11 səhiyyə müəssisəsinin özəlləşəcəyini desə də, fins.az siyahıda 18 müəssisənin olduğunu üzə çıxardı. Onların siyahısını təqdim edirik.

1.Mərkəzi Dənizçilər Xəstəxanası
2. Mərkəzi Dənizçilər Xəstəxanasının Uşaq Poliklinikası
3. Bakı Dəmiryol Xəstəxanası
4. Əncirli Uşaq Dəmiryol Xəstəxanası
5. Mərkəzi Dəmiryol Xəstəxanası
6. 1 saylı Bakı Dəmiryol Poliklinikası
7. Kürdəmir Dəmiryol Ambulatoriyası
8. 2 saylı Bakı Dəmiryol Poliklinikası
9. Lənkəran Dəmiryol Ambulatoriyası
10. Ucar Dəmiryol Ambulatoriyası
11. Xaçmaz Dəmiryol Ambulatoriyası
12. Yevlax Dəmiryol Ambulatoriyası
13. Gəncə Dəmiryol Xəstəxanası
14. Haçıqabul Dəmiryol Xəstəxanası
15. İmişli Dəmiryol Xəstəanası
16. Ələt Dəmiryol Xəstəxanası
17. Salyan Dəmiryol Xəstəxanası
18. “Dalğa” Elmi-İstehsalat Müəssisəsinin uşaq poliklinikası

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Sağlamlıq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…