Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin təşəbbüsü ilə yaradılan SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sistemindən istifadə etmək mənim üçün mükəmməl yenilik, indiyə qədər təsəvvür etmədiyim rahatlıq bəxş edən və həqiqətən, adına uyğun olaraq, SƏLİS məntiqin bariz nümunəsi oldu. SƏLİS, sözün əsl mənasında, dövlət xidmətləri sahəsində, elektron hökumətə doğru atılan genişmiqyaslı təşəbbüslər sırasında növbəti inqilab oldu.

Bu fikirləri Sosialxəbər.az-a açıqlamasında Mədəniyyətin və Milli Ənənələrin Təbliği İctmai Birliyinin sədri Büllur Cavadqızı deyib. Onun sözlərinə görə, qısa zaman kəsiyində müqavilənin imzalanmasıl prosesi aparıldı.

İctimai Birliyin sədri vurğulayıb ki, “SƏLİS xidməti yaradılana qədər QHT-lər yalnız elektron yazışmalar vasitəsilə Şuranın katibliyi və kuratorlarla əlaqə yaradır, üzləşdikləri çətinlilləri həll edir, layihələrin sənədləşməsini həyata keçirirdi. Müəyyən mərhələlərdə QHT nümayəndələrinin kurator və mühasiblərlə görüşməsi lazım gəlirdi. Bu, ilk növbədə və ən əsası, hər iki tərəfin dəyərli vaxtınln itkisi demək idi.

SƏLİS bu problemi kökündən və birdəfəlik həll etdi. Onu da qeyd etməliyəm ki, vətəndaş cəmiyyəti ssektorunda mühüm yenilik olması ilə bərabər SƏLİS istifadəçilər üçün çox rahat və çətinlikləri heç olmayan proqramdır. Xidmətin keyfiyyəti yüksək səviyyədə, mükəmməldir. Həm Elnur müəllimin, həm kuratorum Nigar xanımın, ümumiyyətlə, Şuranın və Katiblitin hər bir əməkdaşının fəaliyyətini çox yüksək qiymətləndirirəm. İnanın ki, yüksək səviyyədə xidmətlər göstərirlər. Operativliyə söz ola bilməz. Şuraya getmədən iş otağında elektron yazışmalarla mövcud problemlər aradan qaldırılır.

Təsəvvür edin ki, buna qədər hər il ölkə üzrə 700-800 QHT qalib olurdu. Birinci mərhələdə azı 400 QHT müqavilə bağlamaq üçün Şuraya müraciət edirdi. Bir gün ərzində növbələr yaranırdı. Heç bir QHT öncədən növbə götürmürdü. Bu da müəyyən vaxt itgisinə səbəb olurdu. Ancaq indi Şuraya getməmişdən elektron növbə götürlür və Şuraya daxil olduqdan sonra hazırlanmış müqavilə imzalanıb, möhürlənir. Bütün bu proses də cəmi 2-3 dəqiqə çəkir. Təbii ki, bütün bunlar QHT üçün yaradılmış yüksək xidmətdir.

Buna görə də fürsətdən istifadə edib Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasınln sədri, çox hörmətli millət vəkili Azay Quliyevə Mədəniyyətin və Milli Ənənələrin Təbliği İctimai Birliyi adından dərin minnətdarlığımı bildirirəm. Çox sağ olsun!”