Əsas Səhifə QHT - lər “BUTA” körpələr evi uşaq baxçası və ictimai birlik üzvüləri Mehriban Əliyevanı təbrik etdilər

“BUTA” körpələr evi uşaq baxçası və ictimai birlik üzvüləri Mehriban Əliyevanı təbrik etdilər

4 dəqiqə oxundu
0
0
262

Sosialxəbər.az xəbər verir ki, “BUTA” körpələr evi – uşaq bağçasının çoxsaylı kollektivi və “BUTA” xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin üzvləri
Azərbaycan Respublikasının I Vitse Prezidenti Mehriban Xanım Əliyevanı doğum günü münasibəti ilə təbrik ediblər.

Təbrikdə deyilir :
Çox hörmətli, Azərbaycan Respublikasının I Vitse Prezidenti Mehriban Xanım Əliyeva!

Sizi doğum günü münasibətilə “BUTA” körpələr evi – uşaq bağçasının çoxsaylı kollektivi və “BUTA” xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin üzvləri adından səmimi qəlbdən təbrik edir, sizə möhkəm can sağlığı, ailə səadəti, şərəfli və məsuliyyətli işinizdə uğurlar diləyirəm. 15 ildən çoxdur ki, siz bütün varlığınızla sevdiyiniz Azərbaycana yüksək səviyyədə xidmət göstərməkdəsiniz.

Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğ etməklə, xalqımızın qədim tarixi köklərə mənsub olmasını ciddi layihələrlə dünyanın aparıcı dövlətlərində nümayiş etdirməklə, beynəlxalq təşkilatlar vasitəsilə həyata keçirtdiyiniz humanitar yardımlarla siz beynəlxalq aləmdə haqlı olaraq ciddi nifuz qazanmısınız.

Sizi humanist, xeyirxah ictimai və siyasi xadim kimi Azərbaycan xalqı yüksək dəyərləndirir. Kimsəsiz uşaqların, haqsızlığa məruz qalan soydaşlarımızın ədalətli himayəçisi kimi fəaliyyətiniz sizə böyük sevgi və rəğbət qazandırmaqdadır. Siz Ulu öndər Heydər Əliyevin yolunun sadiq davamçısı, Ölkə prezidenti Cənab İlham Əliyevin sədaqətli silahdaşısınız. Siz hər bir Azərbaycan xanımına örnəksiniz. Vətənə, dövlətimizə bağlı olan hər bir soydaşımız kimi biz “BUTA”çılar da sizinlə fəxr edir, qürur duyuruq.

BİZİM MEHRİBAN XANIM, DÖĞUM GÜNÜNÜZ MÜBARƏK!

Sonsuz sayqı və sevgilərimlə Günay Ağamalı

AVP sədrinin Kommunikasiya və Humanitar məsələlər üzrə müşaviri

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin QHT - lər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Ermənilərin məqsədi açıq-aşkar görünür” ÖZƏL-MÜNASİBƏT

Azərbaycana Suriyadan döyüşçülərin gəldiyi barədə ermənilərin davamlı şəkildə dezinformasi…