Əsas Səhifə Cəmiyyət Cəbhədə gərgin gecə

Cəbhədə gərgin gecə

2 dəqiqə oxundu
0
0
29

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 43 dəfə pozub. Sosialxəbər-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Paravakar kəndində və Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əskipara kəndində, Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…