Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı start götürüb.

Sosialxəbər.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, ilk gündə güləşçimiz Cəbrayıl Hacıyev qızıl medal qazanıb.

Ardıcıl olaraq türkiyəli, iranlı, yaponiyalı və gürcüsyanlı güləşçiləri məğlub edərək finala yüksəlib.

Həlledici görüşdə C.Hacıyev Avropa gənclər festivalın finalında məğlub etdiyi Rusiya idmançısıyla qarşılaşıb. Yenə hesabda geriyə düşən yığmamızın üzvü 6:4 hesablı əzmkar qələbə qazanaraq dünya çempionu olub.