Əsas Səhifə Cəmiyyət Cəlilabada dilənçiliyə gedənlər saxlanıldı

Cəlilabada dilənçiliyə gedənlər saxlanıldı

1 dəqiqə oxundu
0
0
375

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Cəlilabad şəhəri ərazisində qurulmuş postlardan birində saxlanılan VAZ-21011 markalı avtomobilin sürücüsü, Yevlax sakini C.Bukavadzenin karantin rejimini pozaraq Yevlaxdan Cəlilabada gəldiyi müəyyən edilib.

Avtomobildə olan digər 2 Yevlax sakini isə Cəlilabad şəhəri ərazisində dilənçiliklə məşğul olduqlarını bildiriblər. Hər 3 şəxs Cəlilabad Rayon Polis Şöbəsinə dəvət edilərək onlarla profilaktik söhbətlər aparılıb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni xalqı sülh şəraitində yaşamaq istəyirsə

Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb ets…