Əsas Səhifə Hadisə Cəlilabadda Rayon Polis Şöbəsinin əməkdaşları uğurlu əməliyyat tədbiri keçirib

Cəlilabadda Rayon Polis Şöbəsinin əməkdaşları uğurlu əməliyyat tədbiri keçirib

2 dəqiqə oxundu
0
0
86

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirib.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Qəfərov saxlanılıb.

Bildirilir ki, üzərinə keçirilən baxış zamanı ondan 2 bükümdə ümumi çəkisi 97,6 qram olan narkotik vasitə tiryək, 2 bükümdə çəkisi 7,2 qram heroin, 43 qram qurudulmuş marixuana, 49 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Bunu da oxu

“ABAD” yeni sosial layihəyə start verib

Bakı, 1 aprel, SalamNews. “ABAD” tərəfindən #ABADevdəyarat sosial layihəsinə start verilir…