Əsas Səhifə Siyasət Çavuşoğlu:”Türkiyə Azərbaycana minnətdardır”

Çavuşoğlu:”Türkiyə Azərbaycana minnətdardır”

3 dəqiqə oxundu
0
0
31

Türkiyə ağır günlərdə təhlükəsizlik sahəsində göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını bildirir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə brifinq zamanı deyib:

“Bir daha Azərbaycana səfər etməkdən məmnunam. Bura bizim də Vətənimizdir. Azərbaycana son səfərim Türkiyədəki çevriliş cəhdindən sonra baş tutmuşdu. Ağır günlərdə Türkiyəyə göstərdiyi dəstəyə görə, Azərbaycan rəhbərliyinə və xalqına bir daha minnətdırlığımı bildirirəm”.

Onun sözlərinə görə, Gülən terror təşkilatı ilə mübarizə Azərbaycanın təhlükəsizliyi üçün də vacibdir.

Dağlıq Qarabağ münaqişəsi barədə danışan nazir deyib:

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində bir hər zaman Azərbaycanın yanındayıq. Erməni qoşunları işğal olunmuş əraziləri tərk etməlidir. Türkiyə öz növbəsində Bakıya münaqişənin həlli ilə bağlı yardımını göstərməyə hazırdır”.

Bir neçə gün əvvəl rusiyalı həmkarı Sergey Lavrovla Qarabağ məsələsini müzakirə etdiyini bildirən M.Çavuşoğlu bu sahədə Rusiyanın səylərini dəstəklədiyini deyib.

“Rusiyanın münaqişənin həll olunması ilə bağlı ATƏT-in Minsk qrupundan kənarda da təşəbbüsləri olub. Mən qeyd etdim ki, Türkiyə bu məsələdə Azərbaycanın yanındadır”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Siyasət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…