Abşeronda küçədə meyit tapılıb.

Sosialxəbər.az xəbər verir ki,ONA-nın yerli bürosunun məlumatına görə, hadisə Ceyranbatan qəsəbəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Pərviz Sultan oğlu Rəhimovun meyiti küçədə aşkar edilib. Onun yüksək dozada narkotikin təsirindən öldüyü ehtimal edilir. Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.