Əsas Səhifə Dünya CHP Öcalanın tələblərini TBMM-ə təqdim etdi

CHP Öcalanın tələblərini TBMM-ə təqdim etdi

2 dəqiqə oxundu
0
0
123

CHP PKK lideri Abdullah Öcalanın tələblərini qanuni təklif olaraq Türkiyə Böyük Millət Məclisinə təqdim edib.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının deputatı Ərkan Akçay məlumat verib.

Akçay qeyd edib ki, CHP lideri Kamal Kılıçdaroğlu partiyanı Pensilvaniya, Qəndil və HDP-nin siyasi əlaltısına çevirib.

O vurğulayıb ki, CHP millət vəkili Özgür Özel sosial uzlaşma ilə bağlı təklif təqdim edib. Bu qanunla CHP kənd mühafizəsinin ləğvini istəyir. PKK-nın qorxulu yuxusu halına gələn kənd mühafizəsinin ləğvi isə terrorçuların əl-qolunu açacaq.

Bundan əlavə, sözügedən təklif qanunla təsdiqlənərsə, qanunsuz olaraq dövlət əleyhinə toplantı və nümayiş keçirənlərə verilən həbs cəzası pul cəriməsi ilə əvəzlənəcək.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Ermənistan Laçındakı bölmələrimizi artilleriya atəşinə tutub – MN

Oktybarın 26-da saat 08.05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini…