Sosialxəbər.az xəbər verir ki, “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi 15 may tarixindən 15 avqust tarixinə qədər Abşeron rayonu Saray qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Surasının maliyyə dəstəyi ilə “Sumqayıt şəhər və Saray qəsəbəsində əlilliyi olan uşaqlara icma əsaslı sosial rebilitasiya xidmətlərinin göstərilməsi” adlı layihəsini həyata keçirmişdir.

Layihənin əsas məqsədi müxtəlif növ xəstəliklərdən (əqli, fiziki,davranış, ünsiyyət, nitq və s.) əziyyət çəkən əlilliyi olan uşaqların funksional bacarıqlarının inkişaf etdirilməsi və cəmiyyətə adoptasiyasının təmini üçün icma əsaslı reabilitasiya xidmətlərinin göstərilməsidir.

Layihə bitdikdən sonra onun davamlılığını təmik etmək üçün bir çox işlər görülməkdədir.Təşkilata könülü mütəxəssislər cəlb olunmaqla müxtəlif sahələrdə (tibbi,psixoloji, tətbiqi incəsənət və s.) valideynlərə təlimlər keçməklə,onlara dəstək olurlar. Təlimlər Sumqayıt şəhər “Akvarium” əyləncə mərkəzi tərəfindən ayrılmış otaqlarda keçirilir.
5 oktyabr tarixində Sumqayıt şəhər 1 saylı poliklinikanın həkim terapevti Məmmədova Sənubər valideynlərə təlim keçmiş və uşaqlara ayrı-ayrılıqda baxış keçirmişdir.Sonunda uşaqlar əyləncə mərkəzində əylənərək, xoş və sevincli gün keçirmişlər.