Əsas Səhifə Cəmiyyət COVID-19 (koronavirus) nədir

COVID-19 (koronavirus) nədir

4 dəqiqə oxundu
0
0
46

Kronavirus xəstəliyi 2019 ilk dəfə olaraq Çinin Uhan şəhərində qeydə alınmış yeni koronavirus tərəfindən törədilmişdir və (COVID-19) adlandırılmışdır: CO – korona, Vİ – virus və D – xəstəlik (ingilis dilində “disease”) deməkdir.

Koronavirusun simptomları hansılardır?
Bu simptomlar COVID-19 xəstəliyi ilə müqayisədə daha çox yayılmış qrip (influenza) və ya soyuqdəymənin simptomlarına bənzərdir. Buna görə də kiminsə məhz COVID-19 xəstəliyinə yoluxduğunu öyrənmək üçün həmin şəxsin test olunması tələb olunur. Simptomlar virusla qarşı qarşıya gələndən 2-14 gün ərzində özünü göstərə bilər. Bəzi yoluxan insanlar simptom göstərməyə bilər.

Ən yayğın simptomlara hərarət, öskürək və yorğunluq aid ola bilər. Digər simptomlar isə təngnəfəslik, sinədə ağrı və ya sıxılma, əzələ və ya bədən ağrısı, baş ağrısı, dadbilmə və qoxu hissinin itməsi, boğazda narahatlıq hissi, ishal, mədə bulantısı və qusma, qarın ağrısı və dəridə qaşınmadır. Bu simptomlardan əlavə körpələrdə qidalanmada çətinlik müşahidə oluna bilər.
Hər yaşda uşaq COVID-19 xəstəliyinə yoluxa bilər. Böyüklər və uşaqlar eyni əlamətlər olsa da, uşaqlar əksər hallarda xəstəliyi böyüklərə müqayisədə daha yüngül keçirdirlər.Daha ağır hadisələrdə infeksiya pnevmoniya, yaxud tənəffüs çatışmazlığına səbəb ola bilər. Daha nadir hallarda infeksiya ölüm ilə nəticələnə bilər.
Çalışın maska,spirtdən istifadə edin. Məsafə saxlayıb özünüzü qoruyun!

Expert Anar Əhmədov
“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilən ” Region əhalisi arasında koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində hazırlanmışdır.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Kontakt Home” əsgər ailələrinin kreditini dondurdu

“Kontakt Home” elektron məişət məhsulları mağazası maraqlı aksiyaya start veri…