Əsas Səhifə Cəmiyyət Koronavirus Pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin dövründə aztəminatlı ailləri və müharibə əllilləri üçün hüquqi və psixoloji-rebilitasiya xidməti təşkil edildi

Koronavirus Pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin dövründə aztəminatlı ailləri və müharibə əllilləri üçün hüquqi və psixoloji-rebilitasiya xidməti təşkil edildi

21 dəqiqə oxundu
0
0
57

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəy ilə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu,“Müharibə əlillərinə, ehtiyacı olan aztəminatlı aillərə tibbi və sosial dəstəyin təşkili” layihəsi çərçivəsində, “COVİD 19 Koronavirus Pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin dövründə, az-təminatlı aillərin, müharibə əlillərinin, tənha ahıl insanların tibbi-sosial problemlərinin həllinə hüquqi köməklik göstərmək məqsədi ilə 6, 7, 8,9,12, oktyabr tarixlərində 5 günlük hüquqi və psixoloji-rebilitasiya xidməti günləri təşkil edilərək onların pisixoloji-fiziki problemlərinin minimuma çatdırılmasına dəstək verildi.

Bu barədə Sosialxəbər.az-a Birliyin mətbuat xidmətindən bildirilib. “Müharibə əlillərinə, ehtiyacı olan aztəminatlı aillərə tibbi və sosial dəstəyin təşkili” layihəsinin yekunu ilə əlaqədar olaraq tədbir keçirildi.

Tədbir iştirakçıları ilk öncə Azğınlaşmış ermənistan siyasi rəhbərliyi, şəxsən Ermənistanın baş naziri Nikol Paşinyanın tapşırığı əsasında Ermənistan silahlı qüvvələri Beynəlxaq təşkilatların gözünün qarşısında Azərbaycana qarşı növbəti hərbi təcavüzünü həyata keçirərək, 4 və 10 oktyabr 2020-ci il tarixlərində Cenevrə konvensiyasının tələblərini və atəşkəs rejimini kobud şəkildə pozaraq cəbhə zonasından kənarda yerləşən Azərbaycan Respublikasının ikinci böyük şəhəri, beş yüz mindən çox mülkü əhalinin yaşadığı Gəncə şəhəri, Abşeron və Xızı rayonlarının ərzailəri raket və top mərmilərindən atəşə tutmalarını lənətləyərək öz etrazlarını bildirdilər.

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun Prezidenti, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin” direktoru Sərraf Orucov çıxış edərək bildirdilər ki, Ermənistanın bu gün törətdiyi növbəti hərbi təcavüz, işğalçı ölkənin beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozduğuna və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi məlum 4 qətnamələrini yerinə yetirmədiyinə görə, Birləşmiş Millətlər Təşkilatı ATƏT, ATƏT PA, Avropa Şurası, AŞPA, NATO, NATO PA, Avropa Komissiyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatları da bilavastə məsuliyyət daşıyır. Buna görədə cavabdeh daşıyan adları çəkilən Beynəlxaq təkilatlar təcili olraq, 4 və 10 oktyabr 2020-ci il tarixlərində Gəncə şəhərində Ermənistan dövləti tərəfindən uzaq məsafəyə atan raket və top mərmilərindən atəşə tutmalaraq çox saylı günahsız mülkü əhaliyə, körpə uşağlara qarşı törədilmiş teror hadisəsiniə münasibət bildirərək cavab versinlər.

Sərraf Orucov çıxış həmçinin bildirdilər ki, bütün dost və düşmən dövlətlər bilməlidirlər ki, biz Azərbaycan xalğı olaraq, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycanın Dövlət müstəqilliyi və torpaqlarının bütövlüyünün qorunub saxlamaq uğrundda apardığı daxilii və xarici siyasətini və onun Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması üçün verdiyi bütün qərarlarını dəstəkləərək hər zaman Ali Baş Komandanımızla həmyrək olaraq ordumuzun yanındayıq.

Daha sonra, “Müharibə əlillərinə, ehtiyacı olan aztəminatlı aillərə tibbi və sosial dəstəyin təşkili” layihəsinin rəhbəri Sərraf Orucov həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Azərbaycan xalqına etdiyi, “Biz birlikdə güçlüyük” müraciətinə dəstək verərək, QAYDALARA ƏMƏL ET, ÖZÜNÜ VƏ CƏMİYYƏTİ QORU! Şuaraı ilə, Bakı şəhərində sosial yardıma ehtiyacı olan imkansız aztəminatlı ailələrə, müharibə əlillərinə, tənha ahıl insanlara ərzaq və tibbi yardımları ilə köməklik göstərmək, ictimai maarifləndirmə təbliğat və təşviqat kampaniyası aparmaqdır.

Ölkəmizdə COVID-19 Koronavirus Pandemiyasına yoluxma hallarının son vaxtlar kəskin artmasını nəzərə alaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejiminin tətbiq etdiyi qərarlarlara və Dövlətimizin bu sahədə həyata keçirdiyi bütün tədbirlərə adekvat ictimai dəstəyin təmin edilməsi bizim hər birimizin vətəndaş borcudur.

«Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun əhali arasında apardığı araşdırmalarından məlum olmuşdur ki, COVID-19 Koronavirus Pandemiyasına yoluxma hallarının qarşısını almaq məqsədi ilə respublikamızda tətbiq olunmuş karantin rejimini ərəfəsində, Bakı şəhərində ehtiyacı olan az-təminatlı aillərə, müharibə əlillərinə, veteranlara, tənha ahıl insanlara ərzaq və tibbi dəstəyə daha çox ehtiyacları vardır. Buna görədə, həyata keçirilən layihə çərçivəsində təşkil olunmuş 5 günlük hüquqi və psixoloji-rebilitasiya xidməti günlərində həkim psixoloq İbrahim Əsədli və hüquqşunast İlham Əhmədov tərəfindən müharibə əlillərinə və ümumi əllillərə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-ında

elektron xidmət vasitəsi ilə əlliliyin təyin olunması, əlillik müayinəsinin nəticəsi, növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi və sonuncu müayinə barədə məlumat almaq üçün “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı (https://www.e-gov.az/az/services) e-xidməti yaradılması barəsində ətraflı izahatla məlumat verdilər.

Layhənin Həkim psixoloqu İbrahim Əsədli məlumat verərək, bildirdi ki, ölkəmizdə COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Nazirlər Kabineti yanında Operativ Qərargah tətbiq etdiyi karantin rejimi dövründə onlarla müharibə əlilləri, tənha ahıl insanlar pisxoloji gərginkik keçirərək səhhətləri ağırlaşmışdır.

Müharibə əlillərininin çoxusu onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi sığorta və tibbi-reabilitasiyaları imtiyazları haqqında hüquqlarını bilmədikləri üçün, onlar xəstəxanalarda vaxtı-vaxtında müalicə olunmalarında problemlərlə üzləşirlər. Səhətləri ağır olan müharibə əlilləri xəstəxanalara yerləşirdikdən sonra, onların müalicələrinə lazım olan dərmanları imkansızlığ üzündən ala bilmədiyləri üçün, onlar müalicələrini yarımçıq saxlayaraq xəsdəxanadan evlərinə buraxırıllar. Belə əlilərin çoxusu tam müalicə almmadığları üçün evlərinə buraxıldıqdan sonra vəfat etmişdir.

Karantin dövründə, müharibə əlilləri arasında pisixoloji gərginliyi artmış 65 nəfər, Əfqanstan, Qarabağ müharibəsi və ümumi əlil vətəndaşlarımız onlarda yaranmış tibbi-psixoloği problemlərin həllinə köməklik üçün layihəyə müraçiət etmişdirlər. Bizə müraciət etmiş az-təminatlı aillər, müharibə əlilləri, tənha ahıl insanlar arasında pisixoloji gərginliyi artmış müharibə əlilillərinə, ümumi əlillərə psixoloji-rebilitasiya xidməti günləri təkil edilərək, onların pisixoloji-fiziki problemlərinin minimuma çatdırılmasına lazım olan köməkliyi göstərmişik.

Layihənin hüquqşunsı İlham Əhmədov çıxış edərək məlimat verdi ki, təşkil olunmuş hüuq günlərində, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində, Qarabağ müharibəsində şəhid olmuşların ailələrinin, əlil olmuş şəxslər, müharibə veteranlar və ehtiyata buraxılmış hərbi qulluqçular tibi-sosial məsələləri və sığorta olunmalarında yaranmış problemlərin həllinə hüquqi köməklik göztərərilərək, olnarı maqaqlandırılan suallara izahlı sürətddə aydınlıq verildi.

İlham Əhmədov həmçinin bildirdi, ki layihəyə müraçiət etmiş, az-təminatlı aillər, müharibə əlilləri, tənha ahıl insanlar, Qarabağ müharibəsində sağlamlıqlarını itirmiş müharibə əlilləri və ehtiyata buraxılmış hərbi qulluqçular tibi-sosial məsələləri və sığorta olunmalarında və eləcədə onların Tibbi-Sosial Ekspertiziya Komisiyalarında və sosial sığorta idarələrində yaranmış problemləri ilə əlaqədar müraciətlərinə baxılaraq lazıım olan hüquqi köməklik göstərilmişdir.

Tədbir iştirakçılarından Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədir müavini polkovnik Cəlil Xəlilov “Dünya Ana və Uşaqları” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva, “Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad Musayev,”Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Rövşən Ağamalıyev, “Beynəlxaq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev, “Azərbaycan Respublikası Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Xədicə Mikayılova, “Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədir müavini Məcid Məmmədov, “Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Səmyar Abdullayev və başqa müharibə əlilləri, veteranları çıxış edərək, “COVİD 19 Koronavirus Pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin dövründə aztəminatlı ailləri və müharibə əllillərini düşünərək onlara tibbi və sosial kömək etmək məqsədi ilə, «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu tərəfindən həyata keçirilən,“Müharibə əlillərinə, ehtiyacı olan aztəminatlı aillərə tibbi və sosial dəstəyin təşkili” layihəsıni müsbət qiymətləndirərək, bu yönümdə əhəmiyyətli layihənin maliyələşməsinə və icrasına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşklarına Dövlət Dəstəyi Şurasına və «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun kolektivinə öz təşəkkürlərini bildirdilər.

 

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

BƏƏ vətəndaşları viza almadan İsrailə səfər edə biləcək

BƏƏ vətəndaşları viza almadan İsrailə səfər edə biləcək. Sosialxəbər.az xəbər verir ki, bu…