Əsas Səhifə Cəmiyyət Çox vaxt zərər çəkmiş şəxslə əlaqə qurma imkanı olmur, çünki o, təcavüzkarla eyni otaqdadır

Çox vaxt zərər çəkmiş şəxslə əlaqə qurma imkanı olmur, çünki o, təcavüzkarla eyni otaqdadır

10 dəqiqə oxundu
0
0
270

COVID-19 ilə əlaqədar bir neçə ay davam edən təcrid vəziyyətində, dünyada və xüsusən də Azərbaycanaa məişət zorakılığı hallarına daha çox rast gəlinməsinə səbəb oldu. Niyə belə olur və həyat yoldaşlarından biri tərəfindən törədilən zorakılığın qarşısını necə almaq olar? Koronavirusun yayılması və məhdudlaşdırıcı tədbirlərin Azərbaycana nisbətən daha erkən başladığı ölkələrdə, aprel ayının əvvəlində məişət zorakılığı hallarında kəskin artım müşahidə edildi.

Məsələn, Fransada, yalnız karantin ilk iki həftəsində – 30%. təşkil etmişdir.
BMT statistikasına görə, dünyada hər üç qadından biri fiziki cəhətdən zorakılığa məruz qalır. Bu sosial problem Azərbaycandan da yan keçməyib.. Onun həllində mühüm addımların atılması vacib məqamlardandır. Azərbaycan Daxili İşlər Nazirliyinin hesabatlarına görə, 2019-cu ildə 196 nəfər, 2020-ci ilin birinci rübündə isə 54 nəfər məişət zorakılığının qurbanı olmuşdur.

Məişət zorakılığı dedikdə yalnız cinsi zorakılıq deyil, həm də fiziki, psixoloji və iqtisadi zorakılıq başa düşülməlidir. Özünütəcrid (lockdaun) bu problemi daha da artırdı. Karantin zamanı onsuz da çətin və zorakılıq atmosferində olan ailələrin 24/7 bir məkanda olması problemin kəskinləşməsinə səbəb oldu. Zorakılıq qurbanları zorakılıq edən şəxslə eyni məkanda bağlı- təcridolma şəraitində qalma məburiyyətində qalmasına səbəb oldu. Təcavüzkar və Qurbanın eyni məkanda qalması, qurbanın xarici aləmə təmasını məhdudlaşdırır. Qaçmağa imkanı olmayan qurbanın vəziyyəti daha da ağırlaşır. Üstəlik, qurbana nəzarət etmək də təcavüzkar üçün asan oldu. Əksinə, pandemiya və məhdudlaşdırıcı tədbirlər problemin artıq ailələrdə olduğunu göstərən markerlərə çevrildi. Bu barədə danışmağa və kömək istəməyə başlayan qadınların da sayı artdı.

Məişət zorakılığının artması halları, xüsusən ölkənin bölgələrində iqtisadi vəziyyətin pisləşməsi də təsir göstərmişdir. İşi olmayan bir insan qorxu, narahatlıq, stress yaşayır və aqressiyasını ən yaxın insanlara zor tətbiq etməkdə görür.
Məişət zorakılığının qurbanları yalnız qadınlar deyil, uşaqlar və yaşlılardır. Problem bir sıra stereotiplər və dörd divarın bədnam sirri səbəbindən mövcuddur, buna görə rəsmi statistika real mənzərəni əks etdirmir. Qurbanlara kömək etmək və bu kimi halların baş verməsinə qarşı mübarizə mexanizmlərini inkişaf etdirmək vacibdir. Regionlarda layihələrin həyata keçirilməsi və yeni reabilitasiya proqramları hazırlamaq lazımdır. Bu, ixtisaslaşmış dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinə, qadınların məşğulluq vəziyyətinin yaxşılaşdırılmasına, tibbi xidmətlərə və təhsilə çıxışlarının təmin edilməsinə, uşaqlar üçün inkişafetdirici, reabilitasiya və günərzi qayğı mərkəzlərinin açılmasına imkan verəcəkdir.

Zorakılıq qurbanlarına dəstək verməklə onların həyatı və sağlamlığı üçün təhlükə səviyyəsini qiymətləndirmək və təcavüzkarlara qarşı tədbirlər görməli olan hüquq mühafizə orqanlarının işçiləri ilə də sıx əməkdaşlıq vacibdir. Məsələn, mühafizə orderi verilir. Məqsəd baş verə biləcək təkrar zorakılıq hadisələrindən qorunmaqdır. Yalnız bir mühafizə orderinin verilməsi kifayət deyil: təkrar pozuntu halında zərərçəkmiş şəxsin hüquq-mühafizə orqanlarına müraciət etməsi və bir sıra real tədbirlər görülməsinə ehtiyac var – cərimələr, həbslər, hətta cinayət işləri başlanılmasını hallarına da hazır olmalıyıq.

Karantin dövründə fəaliyyətimizi tamami ilə online rejimə keçirdik. Sosial işçilər zorakılığa məruz qalanların köməyə ehtiyacı olduğundan əmin olmaq üçün onlarla görüşlər və ya telefon əlaqəsi saxlayır və ehtiyac olacaqsa prosesə psixoloq və hüquqşünası da cəlb edir. Əhəmiyyətli tədbirlər görülməzsə, təcavüzkar öz cəzasızlığını hiss edəcəkdir.
İndi, yəni COVİD-19 dövründə mühazirələr, təlimlər, psixoloji məsləhətlər uzaqdan aparılır ki, bu da həmişə əlverişli deyil. Çox vaxt zərər çəkmiş şəxslə əlaqə qurma imkanı olmur, çünki o, təcavüzkarla eyni otaqdadır.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Kontakt Home” əsgər ailələrinin kreditini dondurdu

“Kontakt Home” elektron məişət məhsulları mağazası maraqlı aksiyaya start veri…