Əsas Səhifə Hadisə Dəmiryolu körpüsünün altında partlayıcı maddələr tapıldı

Dəmiryolu körpüsünün altında partlayıcı maddələr tapıldı

2 dəqiqə oxundu
0
0
10

Tərtər çayının Bərdə rayonu ərazisindən keçən hissəsində, dəmiryolu körpüsünün altında təhlükəli döyüş sursatları aşkar olunub

Sosialxəbər.az bildirir ki, Bu barədə DİN-in Yevlax Xətt Polis Şöbəsi tərəfindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) xəbər verilib.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə gedərək təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirib.

Nəticədə dəmiryolu körpüsünün altında, Tərtər çayının sularında 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1 ədəd 14.5 mm-lik patron və 5 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan top mərmisinin gilizi aşkar olunub.

Tapıntılar zərərsizləşdirilmək üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Bunu da oxu

Ağır xəstələr qarşısında absurd tələb: “Dərmanlara qənaət edin”

Sosialxeber.az bildirir ki, Dövlətin dərmanını onun vətəndaşına qıymırlar, bu, nə dərman x…