Əsas Səhifə Sağlamlıq Dərindən nəfəsalma beyni möhkəmləndirir

Dərindən nəfəsalma beyni möhkəmləndirir

3 dəqiqə oxundu
0
0
37

Ekspertlər 60 nəfərin iştirakı ilə eksperiment aparıblar

Sakitləşmək və gərginlikdən çıxmaq üçün dərindən nəfəsalmanın vacibliyi barədə tez-tez eşitmişik. Şimal-Qərb Universiteti alimlərinin yeni elmi tədqiqatı dərindən nəfəsalmanın orqanizmimizdə yaratdığı möcüzəyə aydınlıq gətirir.

“Healthvesti.com” saytı xəbər verir ki, burunla bir dəfə dərindən nəfəsalma beyni möhkəmləndirir və xatirələri daha aydın canlandırır. Beynin fəaliyyətinin güclənməsi effekti əsasən insanın burunla, yoxsa ağılla nəfəs almasından, habelə nəfəsi necə alıb-verməsindən asılıdır.

Ekspertlər 60 nəfərin iştirakı ilə eksperiment aparıblar. Onların tənəffüs sistemi daim nəzarətdə olub. Məlum olub ki, insanlar qorxunc sifəti nəfəs verəndə deyil, alanda daha sürətlə eyniləşdirirlər. Bəzi iştirakçılar nəfəsalma zamanı müşahidə etdikləri obyekti daha yaxşı yadda saxlayıblar. Tədqiqatçılar bildirirlər ki, dərindən nəfəsalmanın müsbət təsiri ağızla nəfəsalma zamanı heçə enir.

Alimlər hesab edirlər ki, nəfəsvermə və nəfəsalma zamanı beynin fəallığında böyük fərq olur ki, bu da badamcıqlarda və hippokampda özünü büruzə verir. Belə ki, insanın dərindən nəfəs alması onun ibilmə qabığında, badamcıqlarında, hippokamp və limbik sistemində neyronları stimullaşdırır.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Sağlamlıq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…