Əsas Səhifə Qarabağ Dağılan evlər dövlət tərəfindən bərpa olunacaq

Dağılan evlər dövlət tərəfindən bərpa olunacaq

2 dəqiqə oxundu
0
0
82

Erməni terroru nəticəsində dağılan evlər dövlət tərəfindən bərpa olunacaq.

Sosialxəbər.az Report-a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Gəncədə hadisə yerində jurnalistlərə açıqlamasında deyib.

“Yeni evlər tikiləcək və həyat ən yüksək səviyyədə davam edəcək. Allah ölənlərə və şəhidlərimizə rəhmət eləsin”, – Nazir bildirib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təcavüzkar tərəfindən raket zərbələri endirib. Nəticədə yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb. İndiyədək dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 13 nəfərin meyiti çıxarılıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Qarabağ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

BƏƏ vətəndaşları viza almadan İsrailə səfər edə biləcək

BƏƏ vətəndaşları viza almadan İsrailə səfər edə biləcək. Sosialxəbər.az xəbər verir ki, bu…