Əsas Səhifə QHT - lər Dağlıq Qarabağ həqiqətləri Ukrayna İctimaiyyətinə çatdırılacaqdır

Dağlıq Qarabağ həqiqətləri Ukrayna İctimaiyyətinə çatdırılacaqdır

14 dəqiqə oxundu
0
0
117

Sosialxəbər.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi tərəfindən 15 avqust 2020–ci il tarixindən, 15 noyabr 2020-ci il tarıxinə kimi, həyata keçirdəcəyi, “Dağlıq Qarabağ həqiqətlərini Ukrayna ictimaiyyətinə çatdırmaq” layi¬hə¬sinin icrasına başladı.

Sosialxəbər.az xəbər verir ki, Layihənin rəhbəri. Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyinin sədri Vahid Abbasov həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, 1988-1993-cü illər ərzində ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində 1 miliyondan çox adam (ümumi əhalinin 15%-i) qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, azərbaycanın 20%-dən çox ərazisi işğal edilmişdir. 700 minədək azərbaycanlı öz vətənində məcburi köçkün həyatı yaşayır. Qeyd olunan müddət ərzində 30 mindən artıq azərbaycanlı həlak olmuş, 50 min nəfərə qədər əlil olmuş, 4853 nəfər isə itkin düşmüş və əsir götürülərək amansız işgəncələrə məruz qalmışlar. Onların taleyi bu günədək məlum deyil.

29 ildir ki, bu ədalətsiz müharibəyə dünya birliyi hələ də biganə yanaşır. Hazırda Qarabağda yaşayan ərazilərdə soydaşlarımız hər gün təhlükə altındadırlar. Güllə, mərmi atəşləri altında qorxulu, həyacanlı günlər yaşayarlar, dinc əhalimiz hər gün şəhid verir.

Bu gün, Beynəlxalq qanunlara zidd olaraq, Ermənistan ordusu tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, tarixi abidələrin dağıdılması və yaşayış məskənlərinin və mədəni tarixi abidələrimizin adları qanunsuz dəyişdirillib saxtalaşdırılaraq, həmin ərazilərin guya Ermənistana məxsus olduğu haqqında erməni yalanları davam edərək özünüləşdirmək istiqamətində təbliğatla aparırlar.

Bu gün, Beynəlxalq qanunlara zidd olaraq, ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, tarixi abidələrin dağıdılması və yaşayış məskənlərinin və tarixi abidələrimizin adları qanunsuz dəyişdirilərək həmin ərazilərin guya Ermənistana məxsus olduğu haqqında erməni yalanları ifşa edilməli və Dağlıq Qarabağ münaqişəsi” ilə bağlı əsil həqiqətləri Ukrayna ictimaiyətinə düzgün çatdırılmalıdır.
Bunun üçün, Avropa və Müstəqil Dövlətlər Birliyinin diqqət və marağ mərkəzində olan Ukraynada fəaliyyət göstərən, Veteran, Diaspor təşkilatların və KİV-ri ilə əməkdaşlıq edərək, hər iki dost Azərbaycan–Ukrayna xalqlarının yaranmış hərbi münaqişələrin həllinə yaxından dəstək vermək məqsədi ilə, “Dağlıq Qarabağ həqiqətlərini Ukrayna ictimaiyyətinə çatdırmaq” layihəsini Ukraynada həyata keçirməyi qarşısına məqsəd qoymuşuq.

Həyata keçirilən layihənin əsas məqsəd, Azərbaycan Dövlətinin, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı Dövlət siyasətinə dəstək verərək, Ukraynada fəaliyyət göstərən veteran və diaspor təşkilatları ilə əməkdaşlığ edib, Ukraynada ictimayəti arasında təbliğat apararaq, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər, ətraf mühitə vurulan ziyan və Dağlıq Qarabağ barədə əsil həqiqətləri haqqında Ukraynada ictimaiyətini məlumatlandırmaqdan və həmiçinin Azərbaycan-Ukrayna xalqlarının milli maraqlarının müdafiəsi istiqamətində, Azərbaycanda və Ukraynada fəaliyyət göstərən veteran və diaspor təşkilatları ilə qarşılıqlı informasiyya apararaq, Azərbaycan və Ukrayna xalqları arsındakı dostluq əlaqələrinin inkişaf etdirərək, həmrəylik nümayiş etdirməkdən ibarətdir.

Layihə çərçivəsində, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan dövləti tərəfindən 1992-ci il fevralın 25-26-na keçən gecə Xocalı soyqırımında törədilmiş erməni vəhşiliklərini, Azərbaycanın işğal olunmuş ərazilərində tarixi abidələrin dağıdılmasını, özgəninkiləşdirilməsini, yer adlarının qanunsuz dəyişdirilməsi və bu ərazilərin guya Ermənistana məxsus olduğunu sübut edən “erməni yalanlarını” ifşa etmək üçün ingilis-rus dilində kitabı və sənədli filimləri hazılanaraq, Ukraynanın paytaxtı Kiyev şəhərində fəaliyyət göstərən veteran, diaspor təşkilatlarının və ziyalıların birgə iştirakı ilə Konfrans keçirdərək, Dağlıq Qarabağ münaqişəsi, ermənistan silahlı qüvvələrinin tərəfindən 1992-ci ildə Xocalıda törədilmiş erməni vəhşiliklərini, Azərbaycanın işğal olunmuş ərazilərində tarixi abidələrin dağıdılmasını, özgəninkiləşdirilməsini, yer adlarının qanunsuz dəyişdirilməsi və bu ərazilərin guya Ermənistana məxsus olduğunu sübut edən “erməni yalanlarını” ifşa etmək üçün ingilis-rus dilində hazırlanmış kitabı, sənədli filimlərin disklərini paylanılaraq, ədalətin kimin tərəfində olduğunu Ukrayna ictimayətinə əsil həqiqətlər çatdıraraq təbliğat aparılacaqdır.

Layihə çərçivəsində həmçinin, Ukraynada fəaliyyət göstərən, Veteran, Diaspor təşkilatlarının birgə iştirakı ilə, 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsi zamanı, Moskvanın alman-faşistlərdən azad edilməsi uğrunda vuruşmuş və öz həyatını qurban verərək həlak olmuş azərbaycanlıların Ukraynada aşkarlanan Azəbaycanlı döyüşçülərinin məzarlarını ziyarət edilərək, onların xatirələri əbədiləşdiriləcəkdir.
Ümüd edirik ki, həyata keçirilən, “Dağlıq Qarabağ həqiqətlərini Ukrayna ictimaiyyətinə çatdırmaq” layihəsi sayəsində, Ukraynada fəaliyyət göstərən veteran və diaspor təşkilatları ilə birlikdə Ukrayna iştimayəti arasında görülmüş təbliğat və təşviqat işləri, Azərbaycan Dövlətinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və 29 ildir ki, Azərbaycan xalqının tapdanmış hüquqlarının bərpası istiqamətində apardığı Dövlət siyasətinə və Azərbaycanın milli maraqlarının müdafiəsinə dəstək olaraq öz xeyirli töhvəsini veriləcəkdir.

“Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək”
İctimai Birliyinin Mətbuat xidməti «20 » avqust 2020-ci il.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin QHT - lər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…