Əsas Səhifə Cəmiyyət Daha 250-yə yaxın azərbaycanlı Gürcüstandan təxliyə olunur

Daha 250-yə yaxın azərbaycanlı Gürcüstandan təxliyə olunur

1 dəqiqə oxundu
0
0
105

Gürcüstanı pandemiyaya görə tərk edə bilməyən 150-yə yaxın Azərbaycan vətəndaşının Vətənə təxliyə prosesi başlayıb.

Sosialxəbər.az  Report-a istinadən xəbər verir ki, vətəndaşlarla yanaşı təxminən 100 nəfər soydaşımız da Azərbaycana çatdırılacaq.

Onların arasında 8 Rusiya və 1 Türkiyə vətəndaşı da var.

Təxliyə olunan şəxslərin koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib.

Hazırda onlar Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında toplaşır. COVID-19 arayışı veriləndən sonra təxliyə olunanlar səfirliyin təşkilatçılığı ilə saat 10:00-da 4 avtobusla “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

Azərbaycan ərazisinə daxil olan kimi həmin şəxslərin yaşadıqları yerə çatmaq üçün birgünlük icazələri olacaq.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Cəlilabad rayonunda yol qəzası baş verib

Cəlilabad rayonunda yol qəzası baş verib. Sosialxəbər.az Report-a istinadən xəbər verir ki…