Əsas Səhifə Cəmiyyət Daha bir qurum Fonda ianə etdi

Daha bir qurum Fonda ianə etdi

1 dəqiqə oxundu
0
0
117

Azərbaycan Avtomobil Yolları Dövllət Agentliyinin (AAYDA) Avtomobil Yollarının Mühafizə Xidməti MMC koronavirusa (COVID-19) qarşı mübarizəyə dəstək kampaniyasına qoşulub.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a AAYDA-dan bildirilib.

Məlumata görə, AAYDA-nın “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ianə edib.

“Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq dövlət başçısının 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ianə edib”,-deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövllət Agentliyi (AAYDA) Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat ianə etmişdi.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

QHT məhkumlar arasında koronavirusla bağlı maarifləndirmə işləri aparır

“Sağlamlığa Xidmət” İctimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri…