Əsas Səhifə Hadisə Daha iki piyada vuruldu

Daha iki piyada vuruldu

2 dəqiqə oxundu
0
0
64

Bakıda baş vermiş yol-nəqliyyat hadisələri zamanı 2 piyada xəsarət alıb.

Sosixəbər.az bildkrir ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş vermiş qəzada yolu keçən 1989-cu il təvəllüdlü Sadıqova Esmira Təmraz qızı xəsarət alıb.

Hadisəni törədən sürücü ərazidən yayınıb.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona çanaq oynağının əzilmiş yarası diaqnozu qoyulub.

Digər hadisə Nəsimi rayonunda qeydə alınıb.

Göy Məscidin yaxınlığında baş verən qəzada 1997-ci il təvəllüdlü Əliyev Elvin Mübariz oğlu yaralanıb.

Gənc 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona sağ bud sümüyünün çıxığı, üz sümülərinin sınığı və açıq kəllə beyin travması diaqnozu qoyulub.

Hər iki faktla bağlı rayon polis idarələrində araşdırma aparılır.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Bunu da oxu

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Sosialxəbər.az bildirir ki, Ekologiya və Təbii S…