Əsas Səhifə Dünya Danışıqlar formatı “2+2”-yə keçə bilər

Danışıqlar formatı “2+2”-yə keçə bilər

2 dəqiqə oxundu
0
0
167

Danışıqların mövcud şərtlər daxilində davam etməsi çətin görünür. Danışıqların dalana dirəndiyi bir zamanda müharibə variantı hər zaman aktual olub.

Sosialxəbər.az xəbər verir ki, bu fikirləri politoloq Turab Rzayev deyib.

Politoloqun sözlərinə görə, mövcud vəziyyət çərçivəsində ATƏT-in Minsk Qrupunun hansısa effektiv bir həll yolu irəli sürməsi çox çətindir:

“Çünki hazırda Minsk Qrupunun həmsədrləri olan 3 ölkənin maraqları qəti surətdə bir-biri ilə üst-üstə düşmür. Bu gün belə öz aralarında ortaq məxrəcə gələ bilməyən bu ölkələrdən münaqişəni həll etməsini gözləmək doğru deyil.

Düşünürəm ki, biz kənar formatlara daha çox üstünlük verməliyik. Hansı ki, bunlardan biri regional formatdır. Mahiyyət etibarilə 2+2 regional formatını Dağlıq Qarabağ münaqişəsinin həllində ən effektiv üsul saymaq olar. Türkiyə və Rusiyanın nəzarətində Ermənistan və Azərbaycan danışıqlara başlaya bilər. Rəsmi Ankaranın danışıqlarda iştirakı hazırki vəziyyətdə həyati əhəmiyyət daşıyır. Türkiyəsiz problemin həlli yoxdur”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

BƏƏ vətəndaşları viza almadan İsrailə səfər edə biləcək

BƏƏ vətəndaşları viza almadan İsrailə səfər edə biləcək. Sosialxəbər.az xəbər verir ki, bu…