Əsas Səhifə Sağlamlıq Danışıqlar gedir, Azərbaycan bu peyvəndi ala bilər

Danışıqlar gedir, Azərbaycan bu peyvəndi ala bilər

2 dəqiqə oxundu
0
0
289

Biz yumşalmara getdiyimiz zaman rəqəmlərdə qismən artım olacağını gözləyirik.

Sosialxəbər.az  xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

“Lakin qaydalara riayət etsək bu tendensiyanı əldə saxlaya bilərik. Bu gün ölkə üzrə 14 faiz çarpayı fondununda doluluq müşahidə olunur. Rəqəmlərdə artma müşahidə olunsa da çalışmalıyıq ki, bu nəzarət olunacaq səviyyədə olsun”.

O əlavə edib ki, iki həftədir ki, ölkədə İtaliyadan və Çindən gələn işçi qrupları fəaliyyət göstərir: “Biz onlarla rayonlara səfər edib, xəstəxanlardakı vəziyəti müzakirə etmişik. Eyni zamanda onların iştirakı ilə onlayn təlimlər təşkil olunur ki, regionlardakı xəstəxanalarımız da burada iştirak edir”.

Yaqut Qarayeva bildirib ki, peyvəndin aparılması üzərində ciddi iş gedir: “Hazırda payız dövründə qrip xəstəliyinə qarşı peyvəndin aparılması üzrə iş gedir. Eyni zamanda isə Koronavirusa qarşı peyvəndin əlavə olunması istiqamətində danışıqlara başlanıb. Ölkəmiz danışıqlarda iştirak edib və ən tez zamanda ölkəmizə peyvəndin gətirilməsi üzərində işlər aparılır”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Sağlamlıq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Qubada qida təhlükəsizliyi sahəsində norma və standartlar təbliğ ediləcək

Ailələrə Sosial Dəstək İctimai Birliyi “Cəmiyyətdə qida zəhərlənmələrinin qarşısının alınm…